Bir neçə gündür ki, Rusiya polisinin Moskvada, Bakı küçəsi – 29
ünvanında yerləşən obyektdə keçirdiyi əməliyyatla bağlı media orqanları
xəbərlər tirajlayır.
Həmin obyektin Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun ailəsinə məxsus olmasına dair iddialar var.
Moskva
polisinin Narkotik Nəzarəti İdarəsinin əməkdaşlarının əməliyyat
keçirdiyi qeyd olunan ünvanda “Kapriz” adlı sauna-striptiz klub
yerləşır.
Klubun
spikerin ailə üzvlərindən birinin adına rəsmiləşdirildiyi iddia edilir.
Bu barədə təqdim olunan sənədlər sosial şəbəkələrdə, bəzi KİV-lərdə
yayılıb.
Sənədlərdə
klubun təsisçisi olan “Arizarum Qrup” MMC-nin təsisçisi də elə Zemfira
Əsədovadır. Səs-küy yaradan bu xəbər barədə nə Azərbaycan Milli
Məclisinin mətbuat xidməti, nə də Oqtay Əsədovun özü və ailəsi hər hansı
açıqlama ilə çıxış etməyib.
Azpolitika.info
yazıb ki, Moskva şəhəri, Bakı küçəsi 29 ünvanında “Kapriz” adlı
qadınlar üçün striptiz-klubla yanaşı, tamamilə başqa istiqamətdə
“Kapriz” adlı sauna-hamam fəaliyyət göstərir. Spikerin xanımının adına
olan da həmin klub deyil, sauna-hamamdır.
“Polisin
narkotiklə bağlı əməliyyatı da Oqtay Əsədovun xanımına aid olduğu iddia
olunan obyektdə yox, məhz bu striptiz klubda, həm də 2014-cü ildə
keçirilib”, – deyə məlumatda bildirilib.
Milli
Məclisin mətbuat katibi Akif Təvəkküloğlu “Yeni Müsavat”a bildirdi ki,
ittihamlar kökündən yanlışdır. O, sosial şəbəkələrdə hər yayılan yalana
reaksiya verməyə ehtiyac görmədiyini açıqladı.
Deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə Oqtay Əsədovu 20 ildir tanıdığını qeyd etdi.
Onun
sözlərinə görə, parlament sədrinin prinsipial, dövlətçiliyə sadiq,
təcrübəli insan olmasının şahididir: “Bu gün Azərbaycanda müxtəlif
ünvanlar hədəfə götürülüb. Təsadüfi deyil ki, onların bir çoxu
deputatlardır. Gah filan yerdə əmlakını guya ortaya çıxarırlar, gah
hansısa hərəkətini göstərirlər.
Bütün
bunları da foto və ya video çəkilişlə əsaslandırmağa, insanları
inandırmağa çalışırlar. Biz jurnalistlər insanları sensasiyaya
alışdırmışıq. Ancaq fikirləşmirik ki, bu “informasiya” montaj ola bilər.
Dəfələrlə
belə hallarda sübut olunub ki, həmin tirajlanan şəkil oranın deyil,
özlərindən qondarıblar. Ümumiyyətlə, dünya feyk xəbərlərdən əziyyət
çəkir. Hətta bununla bağlı tədbir də keçirildi”.
B.Sadıqov
qeyd etdi ki, bu dəfə ayrı-ayrı deputatlar yox, Milli Məclisin sədri
hədəfə götürülüb: “Bunu Bakıda yox, Moskvada ediblər ki, yalan daha çox
ayaq açıb yerisin. Bu, jurnalist işi deyil. Məmurlardan qurtarmışıq,
indi deputatları qaralamağa keçmişik.
Mən
sosial şəbəkələrin sosial şəbədəyə çevrildiyini hesab edirəm. Burada o
qədər məsuliyyətsizlik, şər-böhtan var ki, adam təhqirləri oxuyanlara
məəttəl qalır.
Azərbaycanı
sevməyən düşmən ölkələrin xüsusi xidmət orqanları sosial şəbəkəyə
“informasiya”nı ötürür, bilir ki, bəzi avam jurnalistlər araşdırmamış
saytlarına qoyub tirajlayacaq. Düşmən dövlətlərin necə ideoloji savaş
apardığını yaxşı bilirik.
Ona
görə də hər saxtakarlığı “xalis qızıl” kimi qiymətləndiririksə, onda
peşəkarlığımıza şübhə ilə yanaşıram. Biz belə hallara qarşı həqiqəti
söyləməklə car çəkməliyik.
Eyni
zamanda belə hallar olanda etirazımızı bildirməliyik, bu
“informasiya”nı ifşa etməliyik. Çünki məkrli qüvvələrin atdığı
addımlardır. Oqtay Əsədov kimi dövlətə sadiq insanların imicinə kölgə
salmağa cəhd edilir.
Mən
həmkarlarıma çağırış edirəm ki, sosial şəbəkələrdə hər yayılan xəbərə
uymasınlar, özlərini və media qurumlarını nüfuzdan salmasınlar, biz
prinspial olmalıyıq”.
Deputat
Fərəc Quliyev bildirdi ki, Azərbaycan rəhbərliyinə qarşı xüsusi təşkil
olunmuş hücumlar var: “Ona görə bu məsələ məni təəccübləndirmədi. Çünki
dövlətə qarşı xaricdən məkrli hücumlar olur.
Son
zamanlar bu məlumatlar ayrı-ayrı məmurlara hesablansa da, yekunda
Azərbaycan dövlətinə qarşıdır, islahatların qarşısını almağa yönəlikdir.
Oqtay müəllim bacarıqlı şəxsdir, şəffaf fəaliyyəti var. Ona atılan böhtana son qoyulmalıdır, ictimai qınaq olmalıdır”.
“Yeni Müsavat”
Həmçinin oxuyun
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO
İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …