Çərşənbə , May 22 2024
Ana səhifə / Aktual / “Bu dəqiqə canımla əlləşirəm, nə parlament seçkilərinə namizədlik?” – Şeyxin qudası

“Bu dəqiqə canımla əlləşirəm, nə parlament seçkilərinə namizədlik?” – Şeyxin qudası

“Bu dəqiqə canımla əlləşirəm. Nə parlament seçkilərinə namizədlik? Bir dəfə Azərbaycanın tarixinə düşdük. Sağ olsun hökumətimiz, dövlətimiz, camaatımız. Bəsdir də. Mən gedim parlamentə 75 dəfə seçilim, nə olsun? Dəfələrlə Həccə gedib-gəlmişəm. Allah isə deyib ki, bir dəfə Həccə get, vacibdir. Yoxsa mən üstünə qoymuşam, neçə dəfə getmişəm… Bunları özüm üçün etmişəm. Qurban olum Allaha, qismət edib, bir dəfə də deputat olmuşam. Bəzi yaşlı adamların danışığına fikir verirəm. Dalbadal xaric dövlətləri misal çəkmələri düzgün deyil. Bəzilərini nəzərdə tuturam. Gəl, otur nəvələrinin, nəticələrinin yanında. Az qala 200-300 il bu işlərlə məşğul olublar. Hələ də deyirlər ki, onu edək, bunu edək. Xarici yığışdırın, qoyun bir tərəfə. Reallıq Azərbaycandadır. Xaric belə gəldi, elə getdi. Xaric bizim üçün heç nə etmədi. 30 il bizi aldatdı. ATƏT-in Minsk Qrupu getdi, gəldi. Ancaq yeyib-içməyə gəldilər, hamımızı aldatdılar…”.

Azinforum.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, Allahşükür Paşazadənin qudası Qalib Salahzadə deyib.

“Ulu Öndərin çıxışlarının hamısını əzbər bilirəm. Bu gün də 101 illiyidir. Allah rəhmət eləsin. Heydər Əliyev deyirdi ki, torpaqlarımızı düşməndən geri alacağıq. Sonra oğluna da vəsiyyət etdi. Allah Prezidentimizi qorusun. 44 günə torpaqları aldı, erməniləri darmadağın etdi. Bunları bizim üçün xarici dövlətlər etdi? Nə xaric? Hər şeyi qoyuram kənara, 20 gün xaricdə xəstəxanada yatdım. 20 günün ərzində acından ölürdüm. Bizim yeməklərimiz, dolanışığımız tamam başqa şeydir. “Xaricdə bunu gördüm, onu gördüm”. Boş şeylərdir. Ümumiyyətlə, Azərbaycandan başqa yaşamağa ikinci bir dövlət yoxdur. Bizim insanlarımız da yaxşıdır. Xaricdə parlamentdə kimsə 50 il oturubsa, xalq dəstəyi ilə oturub…”, – o, bildirib.

Q.Salahzadə deputat oğlu Əliabbas Salahzadənin fəaliyyətinin qənaətbəxş olmaması, növbəti seçkilərdə parlamentlə vidalaşacağı barədə məlumatlara isə belə reaksiya verib: “Mən oğlumu nə tərifləyənəm, nə də reklam edənəm. Aktivlik nəyə deyirlər? Aktivlik odur ki, çıxıb parlamentdə qışqırsın? Mən abırlı-həyalı uşaq böyütmüşəm. Əliabbasın işlərinə qarışmıram. Mən kənddə, o isə şəhərdə yaşayır. Şənbə-bazar günləri bəzən uşaqları ilə gəlir, vəssalam. Mən ona elə tərbiyə verməmişəm ki, başımı aşağı eləsin. Bir nəfər adam onun arxasınca pis söz danışa bilməz. Ünvanına indiyə qədər nalayiq söz eşitməmişəm, eşitməyəcəyəm də. Heç kim Əliabbasın hörmətsiz hərəkətindən danışa bilməz. Mən övladıma tərbiyə vermişəm. Bu tərbiyə də onun bəsidir. Kim bəyənir, kim bəyənmir, öz işidir. Heç mənim özümlə nəsə danışmır. O qədər mənə heç nə demir ki, hərdən sual verirəm, cavab vermir. Axırda soruşuram ki, deyəsən, sən “KQB”sən. Evin içində danışmır. Deyirəm ki, ay bala, sən heç mənimlə danışmırsan. Ondan nigarançılığım, narazılığım yoxdur”.

Həmçinin oxuyun

İbrahim Rəisinin Tehranda dəfn mərasimi keçirilir – FOTO

İranın paytaxtı Tehranda helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən …