Cümə , Yanvar 15 2021
Ana səhifə / Aktual / Bu dəfə Vasif Məhərrəmli efirdə söyüş söydü – Video

Bu dəfə Vasif Məhərrəmli efirdə söyüş söydü – Video

Əməkdar artist Vasif Məhərrəmli “Şou ATV” proqramında müzakirələrə səbəb olacaq addım atıb.  “Qafqazinfo” xəbər verir ki, həmkarı Xatirə İslamla qonaq olan ifaçı qeyri-etik ifadə səsləndirib.

Belə ki, Vasif sosial şəbəkədə Xatirə ilə sevgili olması barədə rəylər yazıldığını qeyd edib. Müzakirə zamanı X. İslam heç vaxt belə bir şeyin olmadığını bildirib və Vasifin yanından bir az uzaqlaşıb. 

Bu zaman Əməkdar artist sənətçinin sözügedən addımına qeyri-etik ifadə ilə cavab verib. 

Məsələ ilə bağlı “Qafqazinfo” Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşovla əlaqə saxlayıb.  O, kadrlarla tanış olduqdan sonra açıqlama yayacağını qeyd edib. 

Həmçinin oxuyun

Regionda birgə inkişaf: Ermənistanın dirçəlməsi bizə nə vəd edir? – I HİSSƏ – TƏHLİL

Yanvar ayının 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri …