Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Aktual / “Bu, bir nümunədir…” – prezidentin oğlunun hərbi xidmətə getməsinə reaksiyalar

“Bu, bir nümunədir…” – prezidentin oğlunun hərbi xidmətə getməsinə reaksiyalar

Bir çoxları hesab edir ki, prezidentin nümunəvi addımı hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından da çox böyük əhəmiyyət daşıyır

Azərbaycan prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin hərbi xidmətə yollanması və ötən həftə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində keçirilən mərasimdə yoldaşları ilə birgə and içməsi gündəmin əsas müzakirə mövzularındandır.

Xəbər verildiyi kimi, prezident birinci xanım Mehriban Əliyeva və digər ailə üzvləri ilə birlikdə ADA Universitetinin bakalavriat pilləsini bitirən 1997-ci il təvəllüdlü Heydər Əliyevin andiçmə mərasiminə qatılıb və şəxsi heyəti təbrik edib.

Qeyd edək ki, prezidentin öz oğlunu hərbi xidmətə göndərməsi və şəxsən andiçmə mərasiminə qatılması ölkəmizdə bir ilkdir. Bu baxımdan hadisəni təqdir edib onu nümunə kimi qiymətləndirənlər üstünlük təşkil edir. Bir çoxları hesab edir ki, prezidentin nümunəvi addımı hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından çox böyük əhəmiyyət daşıyır.

Heydər Əliyev əsgər ile ilgili görsel sonucu

Şübhəsiz ki, ölkənin birinci şəxsinin övladının hərbi mundir geyinməsindən, Vətənə xidmət andı içməsindən sonra ölkədə hansısa yollarla hərbi xidmətdən boyun qaçırmağa cəhd edənlər, yaxud övladlarını əsgərlikdən yayındırmağa çalışanlar da fikirlərini müsbətə doğru dəyişəcəklər. Təbii ki, belə şəxslər arasında həm iqtidar təmsilçiləri, həm də müxalifətçilər var.

Elə ekspertlər də bu fikirdədir.

Deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında prezidentin oğlunun hərbi xidmətə yollanmasını hərbi xidmətdən yayınma hallarının azalması baxımından müsbət hadisə kimi xarakterizə etdi: “Bu, bir ənənəyə çevrilməlidir. Əslində ölkədə bu istiqamətdə addımlar onu göstərir ki, son vaxtlar, ümumiyyətlə, hərbi xidmət məsələsinə çox ciddi yanaşma var. Bu da müsbət bir tendensiyadır, mən bunu yüksək qiymətləndirirəm”.

Fazil Mustafa ile ilgili görsel sonucu

F.Mustafa qeyd etdi ki, prezidentin özünün andiçmə mərasimində iştirak etməsi yaxşı bir ənənədir: “Çünki müharibə aparan dövlətik. Ən azı prezidentin nümunəsində hərbiyə, vətənpərvərliyə necə qiymət verildiyinin göstərilməsi çox yaxşı bir tendensiyadır, bunu davam etdirmək lazımdır”. Deputat bu hadisənin əleyhinə səslənən çıxışları “axmaqlıq” kimi qiymətləndirdi: “Prezident nə etməliydi ki? Andiçmə mərasiminə qatılmamalıydı? Mən iki dəfə hərbi xidmətdə olmuşam, sabah oğlum əsgərliyə gedəndə özüm də məmnuniyyətlə andiçmə mərasimində iştirak edəcəyəm. Bəs neyləyim, iştirak etməyim? Arqumentsiz, axmaq çıxışlar gülüş doğurur. Yaxşı tendensiyaya yaxşı demək lazımdır”.

Pənah Hüseyn ile ilgili görsel sonucu

Sabiq baş nazir Pənah Hüseynsə qəzetimizə açıqlamasında məsələyə qısa münasibət bildirdi: “Hər bir Azərbaycan vətəndaşının hərbi xidmət keçməsi onun konstitusion borcudur”.

Hadi Rəcəbli \ ile ilgili görsel sonucu

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli modern.az-a deyib ki, ölkə başçısının hər bir addımı hər kəs üçün nümunə olmalıdır: “Cənab prezidentin oğlu Heydər Əliyevin həqiqi hərbi xidmətə yollanması hər birimiz üçün iftixar hissidir. Yaxşı  olardı ki, bu, hər bir məmurumuz üçün örnək olsun”.

Çingiz Qənizadə ile ilgili görsel sonucu

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib ki, cənab prezidentin nəinki dünənki addımı, onun bütün addımları məmurlar üçün örnək olmalıdır: “Amma çox təəssüflər olsun ki, zaman-zaman bəzi məmurlar cənab prezidentin təqdim etdiyi, ortaya qoyduğu davranış və dözümlülük qaydalarını pozurlar. Bəzən biz harınlamış, yolunu azmış, haqdan uzaq düşmüş, özünün var-dövləti ilə öyünməyə çalışan, dövlətinə, xalqına qarşı əks mövqe tutan ayrı-ayrı məmurları görmüşük.  Mən həmişə demişəm ki, yerlərdə icra başçıları, nazirlər, millət vəkilləri, məmurların hər biri cənab prezidentdən həmişə örnək götürməlidir. Məmurlar sadəliyi ilə vətəndaşlara doğru yol göstərməlidir, onların həmişə yanında olmalı və rəğbətini qazanmalıdır. Dünənki hadisə də məmurlara örnək olmalıdır”. Deputat bildirib ki, çoxsaylı məmurlar var ki, onlar övladlarını hərbi xidmətdən yayındırmaq üçün Avropada, Amerikada təhsil almaq adı altında ölkədən çıxarıblar.

Aqil Abbas ile ilgili görsel sonucu

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas qeyd edib ki, ölkə başçısının oğlunun hərbi xidmətə yollanması təbii ki, bir nümunədir: “Həm də getməlidir. Çünki onun da gələcəyi var. Hərbi xidmətdə olmayan şəxsin gələcəkdə inkişafı da ola bilməz. Hərbi xidmətdə olmayan şəxs gələcəkdə dövlət işində işləyə bilməz. Prezident bir nümunə göstərərək oğlunu hərbi xidmətə yollayıb”. Deputat bildirib ki, onun tanıdığı məmurların övladlarının hamısı hərbi xidmətə gedib və ya hazırda əsgərlikdədirlər: “Əgər çağırış yaşlı vətəndaşın səhhətində problem yoxdursa, mütləq hərbi xidmətdə olmalıdır.  Türkiyədə belə bir şey var ki, hərbi xidmətə getməyənlərə qız vermirlər.  Bizdə də hər bir sağlam vətəndaş hərbi xidmətə getməlidir. Bu, hər bir şəxsin vətən qarşısında vətəndaşlıq borcudur”.

“Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin hərbi xidmət keçməsi cəmiyyət üçün örnəkdir. O, bir gənc olaraq vətən qarşısında borcunu sədaqətlə yerinə yetirir. Bu, gənclər üçün örnək, nümunədir”.

Aydın Hüseynov ile ilgili görsel sonucu

Bunu “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputat qeyd edib ki, bu, həm də Əliyevlər ailəsinin Azərbaycan dövlətinə bağlılığını göstərir:“Heydər Əliyev Azərbaycan gəncinin nümunəvi obrazıdır. O, tələbəlik illərində də nümunəvi olub. Azərbaycan gənci Vətənə, torpağa bağlıdır. Cəmiyyətimiz Heydər Əliyevin hərbi xidmətə getməsini müsbət qarşıladı. Bu hadisə cəmiyyətdə müsbət aura yaradıb”.

Rafiq Daşdəmirli ile ilgili görsel sonucu

Razi Nurullayevin sədrlik etdiyi AXCP Ali Məclisinin sədri, Rəyasət Heyəti üzvü Rafiq Daşdəmirli isə facebook-dakı şəxsi səhifəsində bunları yazıb: “Heydər Əliyevin hərbi forma geyinməsini, hərbi andiçməsini alqışlayıram və ona Vətənə ləyaqətlə qulluq etməsini arzulayıram. Yaxşı olardı ki, məmur balalarının hamısı hərbi qulluğa gedib, hərbi vəzifələrini yerinə yetirəydilər”.

Şair Ramaldanov \ ile ilgili görsel sonucu

Ehtiyatda olan zabit, polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a dedi ki, prezidentin oğlunun hərbi xidmətə yollanmasını təqdir edir: “Heydər Əliyev prezidentin oğludur, amma Azərbaycan vətəndaşıdır. Prezidentin oğlu xidmət yaşı çatmış bütün gənclər kimi çağırış qaydalarına uyğun olaraq əsgərliyə gedib. Burada başqa bir yanaşma yoxdur”.

“Diplomatik, siyasi və hərbi şərtlər Azərbaycan liderinin istədiyi səmt üzrə inkişaf edir və məhz belə bir şəraitdə Ali Baş Komandanın övladı, müasir dövlətimizin qurucu atasının adını daşıyan oğul Heydər Əliyev hərbi mündirdə 10 milyonluq xalqın önündə şərəf və ləyaqətlə addımlayır, Silahlı Qüvvələrin cərgəsində Vətənə sədaqət andı içir. Doğrudur, prezident övladının müqəddəs əsgər libası geyən sadə azərbaycanlı oğulları ilə çiyin-çiyinə dayanması milli ruhu yüksəldən bir hadisədir və bütün həyatını güclü dövlət qurmağa həsr edən bir liderin təkcə qanunlara ehtiramı yox, həm də xalqın sabahı ilə öz balalarının taleyini necə bir sırada gördüyünün əyani sübutudur. Nümunəvidir, qürur doğurucudur və dövlət-vətəndaş bağlarını möhkəmləndirən rəhbərin təkcə siyasi deyil, insani xarakterini də təyin etmək üçün görk hadisəsidir”. Bu fikirlər isə deputat Zahid Oruca məxsusdur.

Həmçinin oxuyun

Usubovdan Ağstafadakı qan davası haqda açıqlama: “Vəzifəli şəxslər vaxtı ilə…”

“Azərbaycanda namus və digər əsaslarla törədilən qəsdən adam öldürmə cinayətlərilə bağlı daim təhlillər aparılır”.Bunu jurnalistlərə …