Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “Bu, Babək Səmidlinin öz səsidirsə, aydınlıq gətirilməlidir”

“Bu, Babək Səmidlinin öz səsidirsə, aydınlıq gətirilməlidir”

“Bu yaxınlarda bizim ordunun korpus komandirinin müavini Babək Səmidlinin səs yazısı yayıldı. O öz səs yazısında deyirdi ki, müharibə dövründə bizim əsgərlərimizin 40 faizi qoruyucu gödəkçələrlə təmin olunmayıb”. 

“Azinforum.az” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev bildirib.

“Bunu heç kimdən gizlətmək mümkün deyil. Sosial şəbəkələrdə xeyli vaxtdır ki, müzakirə mövzusudur. Əvvəla, aydınlıq gətirilməlidir ki, bu, Babək Səmədlinin öz səsidir, ya yox… Öz səsidirsə, buna aydınlıq gətirilməlidir ki, niyə bu belədir?! Ona görə mən hesab edirəm ki, orduya ayrılan vəsait azdır”, – deyə millət vəkili qeyd edib.

Milli Məclisin sədr müavini Əli Hüseynli isə bildirib ki, Müdafiə Nazirliyi bu faktı təsdiqləməyib. Onun sözlərinə görə, səsin yayılması ordumuza kölgə salmaq məqsədi daşıyır: “Bu gün ordu quruculuğunda çox mühüm işlər görülür. Müdafiə Nazirliyi təsdiq olunmayan səs yazısına nə reaksiya verməlidir? Ordunun təminatı, təchizatı göz qarşısındadır. Hesab edirəm ki, səsin yayılmasının məqsədi ordumuzun işinə kölgə salmaqdır”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …