Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Brilliant Dadaşova evsiz qaldı

Brilliant Dadaşova evsiz qaldı

Yanvarın 18-i xalq artisti Brilliant Dadaşovanın “Sahil” metrosunun yaxınlığında, Üzeyir Hacıbəyov küçəsində yaşadığı mənzilini su basıb. 
Hadisə şahidlərin musavat.com-a verdiyi məlumata görə, buna səbəb yuxarı mərtəbədə yaşayan qonşunun qızdırıcı xəttlərinin partlaması olub. Hadisə baş verərkən qonşu evdə olmayıb.
Hadisə nəticəsində Brilliant Dadaşovanın mənzilinə ciddi ziyan dəyib. Saatlarla axan isti su evin təmirinə, əşyalarına zərər vurub. Mənzilin tavanı davamlı axan isti suyun təsirindən  tökülüb. Ev tamamilə yararsız vəziyyətə düşüb.
Məlumatı B.Dadaşovanın köməkçisi də təsdiqləyib. Xalq artisti hadisədən sonra evini tərk edib.

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …

Bir cavab yazın