Ana səhifə / Aktual / “Bravo”da jurnalistin bütün əşyaları oğurlandı

“Bravo”da jurnalistin bütün əşyaları oğurlandı

Əməkdar jurnalist Tahir Aydınoğlunun bütün şəxsi əşyaları “Bravo” mağazasının saxlanma şkafından oğurlanıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist feysbukda yazıb. O qeyd edib ki, ötən gün axşam 17:45 radələrində Bülbül prospektində yerləşən “Bravo ekspress” marketində olub: “Bütün sənədlərim, bir neçə açarım, üç müxtəlif markalı mobil telefonum, bank kartlarım olan əl çantamı bir anın içində mağazanın şkafından oğurladılar.

“102” xidməti vasitəsi ilə polisə məlumat verdim. Ərizə yazdım. Oğrunun təsviri mağazanın kamerası vasitəsilə aşkar edilib. İnanıram ki, polis orqanları ən qısa müddətdə oğrunu aşkar edib, həyat üçün zəruri olan əşyalarımı geri qaytaracaqlar”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …