Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Aktual / “Bravo” marketin satıcısı firma işçiləri tərəfindən döyülüb

“Bravo” marketin satıcısı firma işçiləri tərəfindən döyülüb

Nəsimi rayonunda marketdə satıcı döyülərək xəsarət alıb.
“Report”un xəbərinə görə, hadisə Bülbül prospektində baş verib.
Belə ki, “Bravo” marketlər şəbəkəsinin “Bülbül Ekspres” filialında əlbəyaxa dava olub. Filialda satıcı işləyən 1993-cü il təvəllüdlü Rusanov Pənah Rauf oğlu mağazaya ərzaq gətirən firma işçiləri ilə mübahisə edib. Mübahisə nəticəsində o, döyülərək ağır xəsarət alıb.
Yaralı təcili yardım xidməti vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
İlkin araşdırmalar aparılır.

Həmçinin oxuyun

Ermənistan ordusunun acınacaqlı vəziyyəti – VİDEO

İkinci Qarabağ müharibəsi bitsə də, Ermənistanda ordu ilə bağlı problemlər səngimir. Ermənistan rəhbərliyi məğlub ordunun …