Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / BQXK Qarabağda əməkdaşlarının sayını dörd dəfə artırır

BQXK Qarabağda əməkdaşlarının sayını dörd dəfə artırır

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer BQXK-nın Dağlıq Qarabağdakı kontingentində dörd dəfə artım olacağını bəyan edib.

Bu barədə o, “RBK”ya müsahibəsində bildirib. Onun sözlərinə görə, münaqişə böyüdükcə, daha çox iş görməli olduqlarını anlayırlar.“Müharibədən əvvəl bölgədəki missiyamızın büdcəsi 10 milyon İsveçrə frankı idisə, gələn il 45 milyon olacaq. Yəni öz iştirakçılığımızı dörd qat artıracağıq. Bizim orada çox az əməkdaşlarımız var. İndi bölgəyə əlavə 400-500 nəfər göndərməyi planlaşdırırıq. Son günlərdə artıq iştirakçılığımızı artırmışıq”, – deyə BQXK rəhbəri əlavə edib.

Maurer vurğulayıb ki, Qırmızı Xaçın Bakı, Yerevanda ofisləri var və komitə nümayəndələri Xankəndinə qayıdır, bir və ya iki ofis açmağı planlaşdırırlar. Azvision.az

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …