Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Aktual / “Boyun damarlarında da ciddi problem aşkarlanıb” – Əli Həsənov Türkiyədən açıqlama verdi

“Boyun damarlarında da ciddi problem aşkarlanıb” – Əli Həsənov Türkiyədən açıqlama verdi

“Hazırda Türkiyədə xəstəxanadayam. Dünən gəlmişəm, müayinələr davam edir, bu gün və sabah anju və testlər ediləcək”.

Azinforum.az bildirir ki, bunu Publika.az-a açıqlamasında Prezidentin keçmiş köməkçisi Əli Həsənov səhhəti ilə bağlı danışarkən deyib.

Əli Həsənov bildirib ki, bundan sonra 72 saatlıq ürək döyüntü testi ilə yoxlama olacaq və tam qərar veriləcək:

“Kəskin aritmiyanın və ürək çatışmazlığının səbəbi dəqiq müəyyən ediləndən sonra yeni bir açıq ürək əməliyyatının, yaxud klapanlara hansısa müdaxilənin olub-olmamasına qərar veriləcək. Həm də boyun damarlarında ciddi problem aşkarlanıb”.

Həmçinin oxuyun

Azərbaycan hakimiyyətində FETO varmı?

Bu ilin iyul ayında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkə mediasına açıqlamasında bildirmişdi ki, Azərbaycan …