Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Böyük Zəfərimizə töhvə verən zabitlərimiz -İlham və Elgiz Mehdiyev qardaşları
????????????????????????????????????

Böyük Zəfərimizə töhvə verən zabitlərimiz -İlham və Elgiz Mehdiyev qardaşları

Dövlətçilik tariximizin unudulmaz səhifəsi olan 44  günlük Vətən müharibəsində Azərbaycan Ordusu öz üzərinə düşən missiyanı  uğurla başa çatdırdı. Müharibənin ilk günlərindən son gününədək hərbi qulluqçularımız cəbhənin müxtəlif istiqamətlərində  qəhrəmanlıq göstərərək erməni işğalçılarını  ağır məğlubiyyətə uğratdı.Azərbaycanın əsgər  və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini  yarıb keçərək, torpaqlarımızı  qəhrəman   şəhidlərimizin qanı- canı bahasına  azad etdilər.44 günlük Vətən müharibəsi Azərbaycan xalqına Zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı.

Haqqında bəhs edəcəyimiz  igidlər Zəfər tariximizə öz töhvəsini verən  bir ailənin övladları olan  İlhamla Elgiz qardaşlarıdı.Hər ikisi döğma yurdlarımız olan  Qərbi Azərbaycanın Basarkeçər rayonunun Qoşabulaq kəndində dünyaya  göz açıb.Hələ körpə yaşlarından ermənilərin xalqımıza xarşı işğalçılıq siyasətinin çanlı şahidləri olublar.

 Məhz bu səbəblərdən biri kimi  İlham Mehdiyev  kiçik yaşlarından hərb sənətinə böyük maraq göstərib. 1998 –ci il Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub.2001- ci  ildə hərbi liseyi uğurla başa vuraraq Heydər Əliyev adına Azərbaycan Ali  Hərbi Məktəbinə daxil olub.Ali Hərbi Məktəbi də 2005-ci ildə bitirərək,  leytenant rütbəsi ilə Silahlı Qüvvələrimizdə xidmətə başlayıb.Mayor  İlham Mehdiyevxidmət illərində bir çox dövlətlərdə keçirilən təlim və kurslarda  Azərbaycan Ordusunu layıqincə təmsil edib. O, 27 sentyabr 2020- ci ildə  Vətən müharibəsinin ilk günündən  son gününədək döyüşlərdə  böyük  şücaət göstərmişdir.Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü  uğurunda Suqovuşan istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmişdir.Ali Baş Komandan Prezident İlham Əliyevin sərancamı ilə “ Suqovuşanın  azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif olunmuşdur.Qələbəmizin bir illinin tamam olduğu günlərdə mayor İlham Mehdiyevin  döyüşlərdə göstərdiyi şücaət cənclərimizə  çox gözəl bir nümunədir.İki övlad atası olan qalib Ordumuzun zabiti öz ovladlarını da vətənimizə dövlətimizə  layiqli övlad kimi yedişdirməyi ən vacib amillərdən biri hesab edir.

Atalarımız yaxşı deyib; “Ot kökü üstündə bitər”. İlhamla Elgizin babası Abbas Mehtiyev  II Dünya Müharibəsinin veteranı olmuşdur. Onlar Abbas babasını hər zaman xoş xatirələrlə anır məhz onun üzərilərində  nümunəvi tərbiyəsinin təsirlərini  yüksək qiymətləndirirlər.

Baş gizir Elgiz Mehdiyev də  hərb sənətinə körpə yaşlarından maraq göstərib.Öz istəyi ilə  çətin və məsuliyyətli hərbi  peşəni özünə həyat yolu seçib.Bir çox dövlətlərin hərbi təlim və kurslarında yüksək nəticələr göstərərək diplom və sertifikatlara  layiq görülüb.Müharibə başlanan ilk gündən Cəbrayıldan Qubadlıyadək Əməliyyat İmkanları Konsepsiyasının tərkibində düşmənin ilk müdafiə səddini yaran cəsur əsgər və zabitlərimizlə birlikdə böyük şücaətlər göstərmişdir.Döyüşlərin birində ağır travma almasına baxmayaraq , yenidən   döyüşlərə qatılaraq döyüşə davam edir.Bu döyüşlərin birində  tabor komandiri mayor Hüseynov Rəhim Qədir oğlu şəhid olur. Baş gizir Elgiz Mehtiyev Rəhim haqqında hər dəfə danışarkən göz yaşlarına hakim ola bilmir.

 

Azərbaycanın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə göstərdiyi  şücaətlərə görə  baş gizir Elgiz Mehtiyev Ali Baş Komandan Prezident İlham Əliyevin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, “ Füzulinin azad olunmasına görə”,  “Qubadlının azad olunmasına görə” medaları ilə təltif olunmuşdur.Hal –hazırda  hərbi xidmətini uğurla davam etdirir. Elgiz xalqımızın  və iki övladının bu dövlətdə təhlükəsiz  yaşaması üçün istənilən mücadiləyə hazır olduğunu bildirir.Şəhidlərimizin qazilərimizin  belə övladlarımızın sayəsində  yaxın günlərdə  Zəfər gününün bir illiyini Azərbaycan xalqı bayram edəcək.Bu böyük Zəfəri bizə yaşadan  şəhidlərimizə allahdan rəhmət diləyir ,  onların ruhunu hörmətlə anırıq, qazilərimizin tezliklə öz sağlıqlarına qovuşmasını  diləyirik.

Afsəddin NƏBİYEV

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …