Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / “Böyük Qayıdış” kuboku Cocuq Mərcanlıda — FOTOLAR

“Böyük Qayıdış” kuboku Cocuq Mərcanlıda — FOTOLAR

04.03.2018-ci il tarixində Cəbrayıl rayonun işğaldan azad olunmuş Cocuq Mərcanlı qəsəbəsində yerləşən şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Elşad Haqverdiyev tərəfindən icra olunan “Böyük Qayıdış” kuboku layihəsinin final tədbiri baş tutub.

“Ölkə.Az” xəbər verir ki, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elşad Haqverdiyev iştirakçılara Gənclər Fondu, layihə və müvafiq dövlət siyasəti haqqında geniş məlumat verib. Tədbirdə iştirak edən Füzuli rayonu Təhsil Şöbəsinin müdir müavini Rafiq Səmədov, Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, Beyləqan rayonu 1-ci Aşıqlı kənd tam orta məktəbinin direktoru bu cür tədbirlərin gənclərə verdiyi töhvə və intellektual oyunların əhəmiyyətindən söhbət açdılar.

Final turnirində 4 rayonun – Beyləqan, Füzuli, Xocavənd və Cəbrayıl rayonunun ümumilikdə 8 komandası “Xəmsə” İntellektual Oyun növü üzrə biliklərini nümayiş etdiriblər. Qarabağımızı, Azərbaycanımızı əhatə edən suallardan ibarət  turnir gərgin mübarizə şəaritində davam edib. Sonda Beyləqan rayonunun “Mil” komandası, Füzuli rayonunun “Bozqurd” komandası, Beyləqan rayonunun “Leon” komandası müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerin sahibi olmuşdur. Qaliblər kuboklar, medallar və diplomlarla təltif edilib. Tədbir Cocuq Mərcanlı qəsəbəsinin gəzintisi ilə başa çatıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …