Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Aktual / Bölgələrdə müasir taksilər işləyəcək – Köhnələr yığışdırılır?

Bölgələrdə müasir taksilər işləyəcək – Köhnələr yığışdırılır?

Azərbaycanda ekoloji baxımdan nəqliyyat vasitələrinin yenilənməsi işləri çərçivəsində taksi xidməti qarajın yenilənməsi də nəzərdə tutulub. 

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

O bildirib ki, bölgələrdə də ekoloji təmiz taksilər istifadəyə veriləcək: “Bölgələrdə də taksilər köhnədir. Taksometrlər yoxdur. Çoxu isə qeyri-rəsmi fəaliyyət göstərir. Ona görə də nəzərdə tutulub ki, bölgələrdə də taksilər yenilənsin. Biz bu işdə dövlət dəstəyindən də yararlanacağıq. Həmin taksilərdə pos-terminallar vasitəsilə ödəmə, internet və wifi olacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev ölkədə taksi nəqliyyatı xidmətlərinin keyfiyyətinin artırılması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə öz tapşırıqlarını verib.

Həmçinin oxuyun

Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır – Video

Azərbaycan Silahlı Qüvvələri həyata keçirdiyi əks-hücum əməliyyatları çərçivəsində bu gün Cəbrayıl, Füzuli, Xocavənd və Zəngilan …