Ana səhifə / Aktual / Boksçumuz ermənini uddu- Yenilənir

Boksçumuz ermənini uddu- Yenilənir

Bu gün Avropa Oyunlarında boks yarışları da keçiriləcək.

Qafqazinfo” xəbər verir ki, əlcək ustalarının yarışında Azərbaycanı 2 idmançı təmsil edəcək. İdmançılarımız ¼ finala adlamaq uğrunda mübarizə aparacaqlar.

52 kq çəki dərəcəsində Elvin Məmişzadə irlandiyalı Kasey Myleslə görüşəcək. Bu qarşılaşma saat 14:15-də olacaq.

60 kq çəki dərəcəsində Albert Səlimov gürcüstanlı Otar Eranasyanla saat 15:15-də üz-üzə gələcək.

***

Elvin Məmişzadə 1/4 finala yüksəlib. “24 yaşlı idmançı 1/8 finalda irlandiyalı Mayls Keysini məğlub edib.

Üç raundluq döyüşdə 29:27, 30:25, 29:28 hesablı üstünlük əldə edən E.Məmişzadə yekunda qələbəyə nail olub – 3:0. Onun 1/4 finaldakı rəqibi Daniel Asenov (Bolqarıstan) – Linares de la Nieve (İspaniya) cütünün qalibi olacaq.

***

Albert Səlimov Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla üz-üzə gəlib. Hər üç raundda udan Səlimov 1/4 final mərhələsinə çıxıb.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın