Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Böhran zamanı kiçik biznesə dəstək olan dörd sosial şəbəkə

Böhran zamanı kiçik biznesə dəstək olan dörd sosial şəbəkə

Müştərilərin itirilməsi, ənənəvi ticarətin azalması kiçik biznesin resurssuz və vəsaitsiz qalmasına gətirib çıxarıb.  Məhz buna görə də bəzi sosial şəbəkələr kiçik biznesə onlayn formada inkişaf etmək üçün köməklik göstərməyə başlayıb.

Beləliklə, aşağıda sosial şəbəkələrin şirkətlərə biznesi rəqəmsal modeldə aparmağa necə kömək etdikləri barədə danışacağıq:

“Facebook”REKLAM

“Facebook” korporasiyası işçilərinin sayı 50 nəfərdən çox olmayan şirkətlərə reklam üçün 100 milyon dollar vəsait ayırıb. Bu şirkətlər dünyanın 30 ölkəsində yerləşir.

Məlumata əsasən, “Facebook” bu proqramdan yararlanmaq istəyən şirkətlər tərəfindən artıq 500 mindən artıq elektron məktub alıb.

Bundan əlavə, şirkət kiçik biznes üçün rəqəmsal hədiyyə kartları yaratmağa imkan verəcək əlavə imkanlar, eləcə də hazır mesaj şablonları təqdim edir.

“Instagram”

 “Instagram” kiçik biznesə müştərilərlə əlaqə qurmağa, o cümlədən interaktiv xidmətlərdən və təzə  stikerlərdən yararlanmağa imkan verəcək yeni üsullar tətbiq edib.

Stikerləri digər istifadəçilərlə paylaşmaq mümkündür. Bundan savayı, “Instagram” profilində müştərilərə seçdikləri platforma vasitəsilə bilavasitə alış-veriş etməyə imkan verəcək yeni düymələr əlavə etmək olar

“YouTube”/ “Google”

“YouTube”/ “Google” bütün dünya üzrə kiçik biznesin reklamına 340 milyon dollar ayırıb. “YouTube” kiçik biznesə kömək edəcək yeni aləti də işə salıb ki, bunun da vasitəsilə  statik şəkil, mətn və loqotipləri cəld animasiya etmək mümkündür.

Videoreklama ehtiyacı olan kiçik biznez üçün bu, bahalı çəkilişi əvəz edə bilən ucuz alternativ ola bilər

“Pinterest”

Mart ayının sonunda “Pinterest” reteylerlərə öz profillərinin yanında mavi işarə yerləşdirməyə imkan verən “Verified Merchant Program”ını işə salıb. Şirkət, həmçinin birbaşa “Pins”dən alış-veriş üçün yeni yollar təqdim edib.

Bundan savayı, “Pinterest Shop”da kiçik biznesi dəstəkləmək üçün bir sıra məhsullar peyda olub ki, bunlar da şirkətlərə öz biznesini şəbəkədə inkişaf etdirməyə kömək edəcək.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …