Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Aktual / BNA sığorta şirkətinə 3,8 milyon manat ödəyəcək

BNA sığorta şirkətinə 3,8 milyon manat ödəyəcək

Bakı Nəqliyyat Agentliyi (BNA) “Qala Sığorta” ASC ilə 3 milyon 817 min 998 manat 28 qəpik dəyərində müqavilə imzalayıb.
BNA-nın elan etdiyi tender müsabiqəsinin qalibi “Qala Sığorta” ASC olub.
BNA 07.01.2020 tarixindən 07.01.2021-ci il tarixinə kimi “Qala Sığorta” ASC-yə
– “Avtonəqliyyat Vasitəsinə Dəymiş Zərərin Könüllü (Avtokasko) Sığortası xidməti” üçün 3 milyon 215 min 929,42 manat, 
– “Avtonəqliyyat vasitələrinin (avtobuslarının) Sahiblərinin Mülki Məsulliyyətinin İcbari Sığortasından artıq olan hissəsi üçün Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyyətinin Könüllü Sığortası xidməti” üçün 52 min manat,
– “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası xidməti” üçün 60 min manat,
– “Əmlakın yanğın və digər əlavə risklərdən könüllü sığortası xidməti” üçün isə 490 min 68,86 manat ödəyəcək.

Həmçinin oxuyun

İran Ermənistanın PUA-sını vurdu

İran öz dövlət sərhədlərini pozan Ermənistana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. Bildirilir ki, səhər …