Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / BNA rəsmisi “Azəravtoyol”u tənqid etdi – Video

BNA rəsmisi “Azəravtoyol”u tənqid etdi – Video

Bakı Nəqliyyat Agentliyi paytaxt yollarında aparılan təmir işlərinin gec yekunlaşmasından narazıdır. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, BNA sözçüsü Mais Ağayev bildirib ki, yolun hərəkət hissəsində aparılan təmir-tikinti işlərinin vaxtında yekunlaşmaması, eyni zamanda təmir müddətində nəqliyyat vasitələrinin hərəkəti üçün uyğun şəraitin yaradılmaması sonda çətinliklərə səbəb olur: “Mövcud vəziyyətdən ən çox əziyyəti isə ictimai nəqliyyatdan istifadə edən sərnişinlərimiz çəkir. Bu cür problemlər eyni zamanda avtobusların istismar müddətinin azalmasına və amortizasiya xərclərinin artmasına gətirib çıxarır. Şəhər mərkəzindən “20-ci sahə” adlanan əraziyə gedən yolda olduğu kimi. Yolun hərəkət hissəsində aparılan işlərin yekunlaşmaması səbəbindən müntəzəm marşrut xətt avtobusları, xüsusən də “BakuBus” MMC-yə məxsus avtobusların hərəkəti çətinləşib. Təəssüf ki, analoji hallar bir çox küçələrdə var”.

Qeyd edək ki, bu gün həmçinin səhər saatlarında Məzahir Rüstəmov küçəsində 36 saylı marşrut xətti təmir üçün qazılan və bərpa edilməyən çuxura düşüb.

Məlumat üçün bildirək ki, yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi cavabdehdir.   

Həmçinin oxuyun

“Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Milli Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi …