Cümə , Aprel 19 2019
Ana səhifə / Aktual / BNA piyada zolağını hasara aldı – Bakı sakinləri məhəccərin üstündən atlanacaq? + VİDEO

BNA piyada zolağını hasara aldı – Bakı sakinləri məhəccərin üstündən atlanacaq? + VİDEO

Bakıda piyada zolağının qarşısı dəmir məhəccərlərlə hasara alınıb. Nəticədə piyada zolağından istifadə edən vətəndaşlar ya məcbur qalıb məhəccərlərin üzərindən tullanmalı olur, ya da ki, yolun hərəkət hissəsindən keçirlər.

Bəzi piyadalar isə məcbur qalıb yolun hərəkət hissəsindən istifadə edir. Nəticədə də onların həytı üçün təhlükə yaranır.

Xəzər Xəbər-in məlumatına görə, söhbət Nəsimi rayonu, 3-cü mikrorayon dairəsindən gedir.

Məlum olub ki, ərazinin dəmir məhəccərlərlə hasara alınmasını Bakı Nəqliyyat Agentliyinin əməkdaşları həyata keçiriblər.

Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, əraziyə yenidən baxış keçiriləcək və problem tezliklə həll olunacaq.

Həmçinin oxuyun

Dilçilik İnstitutundakı qalmaqal haqda açıqlama: – “İdris Abbasovun dedikləri həqiqəti əks etdirmir”

15 apreldə Hurriyyet.org saytında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, professor İdris …