Şənbə , İyun 25 2022
Ana səhifə / Aktual / “BNA ölmüş şəxsə cərimə yazıb” – Deputat

“BNA ölmüş şəxsə cərimə yazıb” – Deputat

Millət vəkili Tahir Kərimli Bakı Nəqliyyat Agentliyindən şikayətlənib.

APA-nın məlumatına görə, Milli Məclisin payız sessiyasının ilk iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı millət vəkili Tahir Kərimli deyib ki, şəxsən o, Bakıda avtomobili saxlamaq üçün parklanma yeri tapa bilmir.

Millət vəkili bildirib ki, avtomobillər dayanma ilə əlaqədar dərhal cərimələnir və bu, insanlarda narazılıq doğurur: “Hətta bir ölmüş şəxsin vəsiqəsi əllərinə düşüb, götürüb ona cərimə yazıblar. Buna son qoymaq lazımdır”.

Həmçinin oxuyun

Səfər Mehdiyev özü gedəcək, yoxsa göndərəcəklər?

Dövlət Gömrük Komitəsinin adı ətrafında yaranmış ajiotaj səngimək bilmir. DTX-nın bu qurumda əməliyyat keçirərək, DGK-nın …