Bazar ertəsi , İyun 14 2021
Ana səhifə / Aktual / BNA-dan xəbərsiz mərkəzi yolu bağladılar – Əziyyəti sürücülər çəkdi

BNA-dan xəbərsiz mərkəzi yolu bağladılar – Əziyyəti sürücülər çəkdi

Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində Bakı Nəqliyyat Agentliyinə əvvəlcədən məlumat verilmədən dəyişiklik edilib.

Bu barədə BNA-dan “Qafqazinfo”ya bildirilib. Qeyd olunub ki, Ə.Əliyev küçəsindən gələn nəqliyyat vasitələrinin Neftçilər prospekti-Dəniz vağzalı istiqamətində geriyə dönmə yeri bağlanıb, “Azneft” dairəsi istiqamətində isə yol daraldılıb. Nəticədə, qeyd olunan hissədə “butulka effekti” yaranıb.

Bu səbəbdən də səhər saatlarından hazırki vaxtadək Neftçilər prospekti, Z.Əliyeva, Ü.Hacıbəyov, Y.Səfər, A.Cəlilov, eləcə də digər mərkəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaranıb.

“Bir daha bildiririk ki, paytaxt ərazisində nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir dəyişiklik planlı və Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmaqla həyata keçirilməlidir. Müvafiq razılaşdırma və koordinasiyasız olunan dəyişiklik bu cür xoşagəlməz nəticələrə səbəb olur. Bu isə hərəkət iştirakçılarının, xüsusən də ictimai nəqliyyat istifadəçilərinin lüzumsuz yerə tıxacda qalaraq vaxt itirməsi deməkdir”, – deyə açıqlamada vurğulanıb.

Həmçinin oxuyun

Ərdoğandan Şuşa səfəri ilə bağlı daha bir açıqlama

“NATO zirvəsindən sonra Azərbaycana səfər edəcəm”. Bunu bu gün Brusselə səfərdən öncə keçirilən mətbuat konfransında …