Cümə , Aprel 19 2024
Ana səhifə / BMT rəsmisi Fələstinə görə yalvardı – Video

BMT rəsmisi Fələstinə görə yalvardı – Video

“Biz xeyriyyəçilərə lazım olan miqdarın verilməsi üçün yalvarırıq”.

Axar.az “İxlas” agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə BMT-nin Fələstinli Qaçqınlar üzrə Yardım qurumunun sözçüsü Kristofer Gunness çıxış edib.

 

O, keçən il Küveytdə keçirilən konfransda təşkilatlarının tələb olunan 417 milyon dollardan yalnız 53%-ni toplaya bildiklərini söyləyib:

 

“Xeyriyyəçilərin yardımına ehtiyacımız var. Yaxın Şərqin bugünkü qarışıq zamanında əgər BMT bunu təşkil edə bilməzsə, bir sıra şəxslərin arzuladığı ümidsiz toplumlar meydana gələcək. Biz keçən il tələb olunan maliyyənin yarısını topladıq. Buna görə də bu il xeyriyyəçilərdən 415 milyon dollar istəyəcəyik. Biz xeyriyyəçilərə lazım olan miqdarın verilməsi üçün yalvarırıq”.

 

Qeyd edək ki, keçən il “Əl-Cəzirə” televiziyasında Qəzzadakı vəziyyətlə bağlı video-konfransa qatılan Gunness Fələstində uşaqların vəhşicəsinə öldürülməsinin şahidi kimi danışmış və bundan sonra göz yaşlarını saxlaya bilməyərək hıçqıra-hıçqıra ağlamışdı.

 

 

 

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …

Bir cavab yazın