Şənbə , Noyabr 28 2020
Ana səhifə / Aktual / Bloger icra başçısının sərvətinin siyahısını yaydı: Dubayda milyonluq biznesi…

Bloger icra başçısının sərvətinin siyahısını yaydı: Dubayda milyonluq biznesi…

Xaricdə yaşayan bloger Həbib Müntəzir feysbukda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin sərvətinin siyahısını yayıb.

O bildirib ki, icra başçısının Bakıda, Qazaxıstanda, Gəncədə və Dubayda milyonluq biznesi var. 

Həmin yazını olduğu kimi təqdim edirik: 

“15 ildən çoxdur icrabaşı 62 yaşlı Vilyam Hacıyev, 7 ildir İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əmisi oğlu olan Vilyam müəllim, Bəylər Əyyubovun kurasiyasındadır. 

Onun mənə bəlli olan varidatını paylaşıram və DTX-dan həbsini tələb edirəm. Əziyyət çəkib gizli kamera, əməliyyat zad lazım deyil, heç kimin etmədiyi yaxşılığı edirəm. Siz də paylaşın, dostlar, yayılsın və tədbir görülsün:

▪️ Bakıda, Həsən Əliyev küçəsində villa

▪️ Bakı, “Sahil” metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil

▪️ Bakı, Nərimanov rayonu, S. Rəhman küç. ev 45 ünvanında mənzil

▪️ Bakı, Teymur Əliyev küç. “Milyonerlər məhəlləsi”ndə qiyməti 25 milyon manat civarında olan villa

▪️ İmişli rayonunda, H. Əliyev küç. ev 126 ünvanında mənzil

▪️ Gəncə şəhəri, Yeni Gəncə küç. ev 53 ünvanında mənzil

▪️ Dubayda milyonluq biznesi

▪️ Qazaxıstanda tikinti biznesi

▪️ İmişli, Daşkəsən, Gəncə, Göygöl rayonu və Bakıda müxtəlif ticarət obyektləri, torpaq sahələri, şadlıq evləri, mülkləri mövcuddur.

Oğlu Məhəmməd Hacıyev Nərimanov Rayon Prokurorluğunun əməkdaşı olub. Hüquqşünas oğul mətbuatda dəfələrlə qalmaqal yaradan, davakar kimi məşhurlaşıb. Məhəmməd Hacıyevin avtomobil kolleksiyası:

▪️ 10-PP-369 dövlət nömrə nişanlı “Bentley”

▪️ Eyni nömrə nişanlı “Land Rover”

▪️ 90-AA-369 dövlət nömrə nişanlı “Mercedes S class”

▪️ Həmçinin son model “Mercedes Gelandewagen”

Vilyam müəllim Samuxda icrabaşı olarkən el arasında “Moşu kişinin çayxanası” kimi tanınan obyekti bir az təmir etdirib İlham Əliyevə “Şahmat Evi” kimi təqdim edərək lentini kəsdirib. Sonra yenidən çayxana kimi fəaliyyət göstərib. İcrabaşı getdiyi rayonlarda olan kiçik-böyük sahibkarlara qan uddurur, rayon əhalisi bu rüşvətxor, moşennik icrabaşının əlindən dad dirlər”.

 İmişli Rayon İcra Hakimiyyəti blogerin yazısına münasibət bildirməyib. /arqument.az/

Həmçinin oxuyun

“Onun psixi problemləri var” – Erməni generaldan Paşinyana CAVAB

“Nikol Paşinyan psixi pozuntulardan əziyyət çəkir. O, ordunun, müharibənin, nəyin nə vaxt olduğunu bilmir”. Azinforum.az …