Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Aktual / “…biznesmenləri sıxışdırır, pullarını alırlar” – Deputatdan icra başçılarına ittiham

“…biznesmenləri sıxışdırır, pullarını alırlar” – Deputatdan icra başçılarına ittiham

“Bölgələrdə bəzi İcra Hakimiyyətlərinin başçıları yerli biznes nümayəndələri sıxışdırır, onlara aid olmayan işlərə cəlb edir, vəsaitlərini, pullarını əllərindən alırlar”.
Bunu deputat Fazil Mustafa Milli Məclisin İnsan hüquqları komitəsində Ombudsmanın illik hesabatının müzakirəsi bildirib.
Deputata deyib ki, bu yaxınlarda bir rayonda İcra Hakimiyyəti başçısının biznesmeni təzyiqə məruz qoyması, pulunu geri qaytarmaması və həmin şəxsin aclığa başlaması ilə bağlı məlumatlar ciddi narazılıq yaradıb:
“Təəssüf ki, bu məsələ Ombudsmanın hesabatına salınmayıb. Hələ plenar iclasadək vaxt var, yaxşı olardı ki, bu məsələ də Ombudsmanın məruzəsinə salınsın. İcra Hakimiyyəti başçıları görsünlər ki, onların qanunsuz əməlləri nəzərdən qaçırmır”.
Deputat Hikmət Məmmədov isə həmkarından konkret olaraq həmin İcra Hakimiyyəti başçılarının adlarının açıqlamasını xahiş edib.
apa

 

Həmçinin oxuyun

Türkiyə MN-dən Laçınla bağlı paylaşım

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Laçın rayonuna daxil olması ilə bağlı “Twitter” hesabında paylaşım …