Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Aktual / BİZİM VƏKİLİMİZ VÜQAR MƏMMƏDOVDUR! – 25 saylı Nizami II seçki dairəsində nəticələr saxtalaşdırılıb

BİZİM VƏKİLİMİZ VÜQAR MƏMMƏDOVDUR! – 25 saylı Nizami II seçki dairəsində nəticələr saxtalaşdırılıb

Seçki günü geridə qalsa da, seçki hələ başa çatmayıb. İlkin nəticələr növbəti dövlət cinayətinin baş verdiyini deməyə əsas verir.

Bizim 25 saylı Nizami II seçki dairəsindən yenidən keçmiş deputat Sədaqət Vəliyevanın “lider” elan edilməsi açıq-aşkar saxtakarlıq edildiyini ortaya qoyur. 30 ildən çoxdur bu dairə ərazisində yaşayan şəxs və ortalıq son 2 ayda sonuncu seçki prosesində aktiv iştirak edən vətəndaş kimi müşahidələrim belə qənaətə gəlməyimə əsasdır. Həm seçki gününə kimi və həm də seçki günü seçicilərin böyük çoxluğu səs verəcəkləri və səs verdikləri namizədin Vüqar Məmmədov olduğunu vurğulayıb. Hətta inzibati resursların Sədaqət xanıma “vəkillik etməsi” də insanları çəkindirsə də, bunun da yolunu tapıb, özlərini “exit-poll” aparanlara “evdar” kimi təqdim edənlər olub! Fikir verin, seçki “məmurları” insanları işdən çıxarılmaları ilə necə qorxudub?! Bir yandan da SOCAR-ın “trol ordusu”nun bir neçə yöndən seçki komissiyalarına “hücumu”. Deyilənə görə, hətta Qarabağ döyüşçülərinin bəzisi də bu “hücum”un qarşısında “ağ bayraq” qaldırmağa məcbur olub. Amma və nə yazıq, başlıca saxtalıq seçki komissiyasının üzünün “qara nöyüt”ə boyanmasından doğan nəticədir.

Bizim dairədə bizim namizədin səsinin batırılmasına yol vermək fikrimiz yoxdur. İnsanların, aztəminatlı ailələrin, əlillərin heç bir hüququ tanınmır, son illər qəbul edilən qanunlar vətəndaşlara qarşı məmur-oliqarxların özbaşınalığına hesablanıb. Təsəvvür edin, 12 ildir Qarabağ əlilinə su, qaz, işıq çəkilməsindən qanunsuz ödəniş tələb edilərək imtina edilir, hətta 2 ildir quraşdırılan “ağıllı” su sayğacının kartını belə “ağıllı” su məmurları verməkdən imtina edərək müharibə əlili -abonenti xidmətdən məhrum etməkdən “qürur duyurlar”. 10 ilin deputatı isə 10 ildə “ağzına su alıb”, erməni kilsəsinə pulsuz verilən qazın, suyun, işığın Qarabağ əlilinə pulla verilməsinə də “vəkillik” etmir. 11 ildir Qarabağ əlilinə sahibkarlıq məqsədilə məhkəmənin verdiyi 25 saylı Nizami II dairə seçki komissiyasının əvvəlki otaqlarını da borclu Nizami RİH, ƏMDK və Ədliyyə Nazirliyinin Nizami və Xətai icra şöbələri məhkəmə qərarından 2 il sonra (!) 14 yaşlı uşağın adına saxta şəhadətnamə ilə sənədləşdiriblər. Saxta yolla deputat edilən şəxs bu dövlət cinayətinə necə hüquqi qiymət verilməsinə nail ola bilər? Özbaşınalıqlar yetərincədir, saymaqla qurtaran deyil. Səs deyil ki, əvvəlcədən sifariş olunan sayı topa-topa qutulardan çıxarıb elan edəsən.

Seçkilərin saxtalaşdırılması göz önündədir, amma hələ də son söz deyilməyib. İstənilən halda, bizim vəkilimiz Vüqar Məmmədov olaraq qalır. Bizim “enter-poll” (seçkiöncəsi səsvermə) və “exit-poll” belə deməyə əsas verir.

Məğrur BƏDƏLSOY

dia.az

Həmçinin oxuyun

Ordumuz Vətən müharibəsini bu çətinliklərlə qazandı

Azərbaycan Ordusu, dövləti və cəmiyyəti Vətən Müharibəsindən qalib çıxdı. Torpaq işğaldan azad edildi, dövlət olaraq …