Ana səhifə / Aktual / “Bizim məmurlar öz işlərini bilən, savadlı və dürüstdür” – Deputat

“Bizim məmurlar öz işlərini bilən, savadlı və dürüstdür” – Deputat

“Azərbaycanda məmurları qoruyacaq heç bir mexanizm yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin payız sessiyasının ilk iclasında deyib. O qeyd edib ki, ölkədəki məmurlar öz işlərini bilən savadlı və dürüst mütəxəssislərdir: “Amma müəssisə sahibi, komitə sədri, nazir dəyişən kimi məmurların problemləri yaranır. Hər bir nazir ya komitə sədri “öz meyarlarını” gətirir və oranı istədiyi kimi idarə edir. “Sözə baxmayanları” isə istədiyi vaxt işdən çıxarır. Heç  nəyi , o cümlədən, həmin məmurun keçmiş fəaliyyətini nəzərə almır. Ona görə də məmurları qoruyacaq hüquqi mexanizmlərin yaradılmasına ehtiyac var. Parlament bu məsələdə  öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …