Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / “Bizi səhər 5-də xaş verilən kafeyə apardılar” – “Slivki” Bakıda

“Bizi səhər 5-də xaş verilən kafeyə apardılar” – “Slivki” Bakıda

Rusiyanın “Slivki” qrupunun eks-solisti Karina Koks “Road Safety” festivalında iştirak etmək üçün Azərbaycanın paytaxtına səfər edib.

“Qafqazinfo”nun məlumatına görə, Bakıda gələn K. Koks buraya olan ilk səfərini xatırlayıb. Bu barədə o, “İnstaqram” hesabında yazıb:

“Mənim Bakıya ilk səfərim, hələ VİA “Slivki”nin tərkibində ikən, 18 il əvvəl (Aman Allah!) olmuşdu. Həmin “unudulmaz” konsert daha çox karaoke arenasında ölüm nömrəsinə bənzəyirdi, hansında ki, ekstra qonaqpərvər tamaşaçılar bizim üçün səhnəyə mütəmadi olaraq nizə və buynuz (riton) çıxarırdılar.

Ənənəyə uyğun olaraq, mənim yerli dostum bütün bizim mehriban kompaniyanı səhər saat 5-də yalnız xaş verilən kafeyə apardı. Daşkanın solğun üzünü indiki kimi xatırlayıram. Amma bütün bunlar keçmişdə qaldı.

İndi qastrollarda mən daha primitiv əyləncələrə üstünlük verirəm, ola bilsin, ağlım axmaqlığım üzərində dominantlıq etməyə başlayıb”.

Daha sonra həmin kafeyə getməkdən və xaşdan kənar durmaq qərarına gəldiyini qeyd edən K. Koks digər restoranda şam etdiyini əlavə edib.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …