Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / “Bizi gecə ilə oyadıb müharibəyə göndərə bilərlər” – Deputatdan ŞOK AÇIQLAMA

“Bizi gecə ilə oyadıb müharibəyə göndərə bilərlər” – Deputatdan ŞOK AÇIQLAMA

Xəbər verdiyimiz kimi Müdafiə Nazirliyi gənclərə müraciət edib. Müraciətdə bildirilir ki, Müdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər iyunun 20-dək müvafiq sənədlərlə birlikdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, eləcə də hərbi birliklərin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər. Bu müraciəti müharibəyə hazırlıq kimi qələmə verənlər və bundan təşvişə düşənlər də az deyil.

Bununla bağlı BiG.AZ-a açıqlama verən deputat Çingiz Qənizadə bildirib ki, müəyyən müddətdən sonra müxtəlif yaş qruplarına aid olan insanlar yenidən orduya çağırılır: “Bu da bir və ya üç aylıq ola bilər. Əlbəttə Müdafiə Nazirliyi tərəfindən çağırış olubsa bunu normal qarşılamaq lazımdır. Bizi gecə ilə oyadılaraq orduya aparılıb, müharbəyə göndərilə bilərik. Bu qərarı dövlət, ali baş komandanımız və Müdafiə Nazirliyi verir. Ona görə də valideynlərin bu cür təşviş altında olması, bundan panika kimi istifadə edib, həqiqətə uyğun olmayan məlumatlar yayılması erməni dəyirmanına su tökmək kimi bir şeydir. Müharibə başlayır, uşaqları aparırlar kimi fikirlər yanlışdır.Bizim üçün ən müqəddəs olan vətən və torpaqdır. Torpaqlarımızın azadlığı uğrunda istər müharibəyə, istərsə də çağırışa dəvət ediliriksək biz buna müsbət yanaşmalıyıq. Mən təəssüf edirəm ki, gənclərimizin müəyyən hissəsi və onların valideynlərində vətənpərlik hissi olduqca zəyifdir. Bu ponika da ondan qaynaqlanır. Hesab edirəm ki, hər hansı bir təşvişə ehtiyac yoxdur, Müdafiə Nazirliyinin ali baş komandanla razılaşdırılmış bu cür çağırışları müsbət qarşılamalıyıq”.

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov vurğulayıb ki, burada hansısa bir təşvişə ehtiyac yoxdur:

“Müdafiə Nazirliyi ildə bir-iki dəfə gənclərə bu cür müraciət edir. Kurslar keçirilir. Müddətdən artıq orduda xidmət etmək istəyənlər müqavilə əsasında kurs keçərək xidmətini davam edə bilirlər”. 

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …