Ana səhifə / Aktual / “Bizdən böyük pullar istəyirlər” – Oqtay Əsədov

“Bizdən böyük pullar istəyirlər” – Oqtay Əsədov

“Mən Milli Məclis sədri olanda da tennisə diqqət yetirirdim. Həmin vaxtlar turnir keçirirdik. Bu turnir MDB-də yalnız Rusiyada, Azərbaycanda və Qazaxıstanda keçirilib. Çalışacam ki, bundan sonra daha çox məşğul olum. Tennisdə idmançı yetişdirmək çətindir. İndi-indi Azərbaycanda tennisçilər yetişir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədov deyib.

O, federasiyaya növbəti 4 il prezident seçilməsindən sonra idmanın bu növü üzrə gələcək inkişafından danışıb: “Gələcək üçün planlar var. Yeni bazalar yaradılır. Nə qədər çox kort olsa, o qədər yaxşıdır. Maliyyə məsələləri də həll olunacaq. Mətbuatla əlaqələrə gəlincə, yəqin ki, maraq yarada bilməmişik. Çalışacağıq ki, bundan sonra daha yaxşı olsun”.

Əsədov regionlarda da bu idman növünü inkişaf etdirməyə çalışacaqlarını deyib: “Hazırda əsas məqsədimiz gənclərin yetişdirilməsidir. Regionlarda olan bazalardan istifadə etməyə çalışacağıq. Tennisə gələn uşaqları ləvazimatları ilə təmin edirik”.

Federasiya rəhbəri beynəlxaq təcrübədən istifadə olunduğunu sözlərinə əlavə edib: “Beynəlxalq təcrübədən istifadə edirik. Bundan sonra edəcəyik. Xarici mütəxəssislərdən əvvəllər də yararlanmışıq”.

Oqtay Əsədov legioner idmançıları cəlb etmək istəmədiklərini bildirib: “Legionerlər istəmirik. Elə idmançılar var ki, gəlmək istəyirlər, amma böyük məbləğlər tələb edirlər. Bu pulları elə azərbaycanlı uşaqlara xərcləyərik”.

Həmçinin oxuyun

İbrahim Rəisinin Tehranda dəfn mərasimi keçirilir – FOTO

İranın paytaxtı Tehranda helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən …