Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / “Biz ideoloji işə yenidən baxmalıyıq…”

“Biz ideoloji işə yenidən baxmalıyıq…”

Prezident İlham Əliyev BDU-nun 100 illiyinə həsr edilmiş mərasimdə çıxışı zamanı mühüm və hətta sensasion sayılacaq bəyanatla çıxış edib. Prezident Azərbaycanda ideoloji işə yenidən baxmağın zəruriliyini bildirib, deyib ki, bu sahədə boşluqlar var.

İlham Əliyevin nitqindən sitat:

-Ümumiyyətlə Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var. Bizi istəməyən qüvvələr, o cümlədən erməni lobbi qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər, xüsusilə bu gün ki, azad internet mövcuddur. Azərbaycanda internet istifadəçilərinin faiz nisbəti 80-ni keçib. Azərbaycanda azad, demokratik cəmiyyət formalaşıb, azad media var.

Ona görə istənilən yalanı ortalığa atmaq olar. Ondan sonra bu yalan ətrafında müzakirələr təşkil olunur, bu yalan artıq bir real fakt kimi təqdim edilir və gənclərin beyinlərini zəhərləmək istəyirlər. Biz buna imkan verə bilmərik.

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …