Çərşənbə axşamı , Aprel 23 2019
Ana səhifə / Aktual / “Biz “Eurovision”a yenidən getməliyik”

“Biz “Eurovision”a yenidən getməliyik”

Eldar Qasımov və Nigar Camal son 8 ildə Azərbaycanın “Eurovision”dakı göstəricilərindən narazıdır.  “Qafqazinfo” xəbər verir ki, müsabiqə qalibləri AzTV-nin çəkilişində iştirak edən zaman instaqramda video paylaşıblar. 

Onlar kinayəli şəkildə yarışmaya gedəcəklərini, Azərbaycana yenidən qalibiyyət gətirəcəklərini qeyd ediblər. 

“Biz hazırda “Eurovision” paltarımızda çəkilişə qatılmışıq. Yenə müsabiqəyə gedib “Running scared” mahnısı ilə ölkəmizi təmsil edəcəyik”- deyə Nigar bildirib. 

Nigarın söhbətinə Eldar da qoşularaq belə şərh verib: “Biz elə görürük ki, vəziyyət pisdir. Özümüz qərar vermişik ki, yenidən gedək”. 

Həmçinin oxuyun

Poroşenkonun uduzmasına ABŞ-dan inanılmaz seyrçiliyin sirri – Zelenski Qüdsü İsrailin paytaxtı kimi tanıyacağına söz verib(?)

Avropanın ən böyük ölkəsi sayılan Ukrayna yeni dövrə qədəm qoyub. Baş tutan prezident seçkilərində qərbpərəst …