Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Bitkoin birjaları çökdü – Kriptovalyuta kəskin ucuzlaşdı!

Bitkoin birjaları çökdü – Kriptovalyuta kəskin ucuzlaşdı!

Həftənin əvvəlində 11400 dollar ilə tarixinin ən yüksək dəyərinə çatan Bitcoin, 2000 dollardan çox dəyər itirərək 9200 dollaradək geriləyib.
“Marja” xəbər verir ki, “Coinbase” və “Gemini” birjaları, kripto pulun dəyərini 11000 dolların üzərində çıxarmasının ardından çöküblər və bir çox istifadəçi Bitcoin alqı-satqı əməliyyatları edə bilməyib.
Lüksemburqda yerləşən Bitcoin birjası “Bitstamp” ilə “Coinbase”in peşəkar Bitcoin ticarəti platforması GDAX-ın çökməsi kriptovalyutanın dəyərinin düşməsinə səbəb olub.
2012-ci ildən bu yana 50 milyard dollar dəyərində kripto pul transferinə ev sahibliyinə edən “Coinbase”, Bitcoin qiymətinin 11000 dolları keçəndən sonra istifadəçilərin GDAX-ə axın etdiklərini və bu səbəblə sistemin “axsadığını” açıqlayıb.
Bəzi istifadəçilər sistemə giriş edə bilməyiblər, giriş edənlər isə çox ləng işlədiyini müşahidə ediblər.
2015-ci ildə qurulan və dünyanın ən böyük Bitcoin birjalarından olan “Gemini”isə servis xidmətini dayındırmaq məcburiyyətində qalıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …