Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / “Birinin üstünə 5-ni qoyub danışırlar” – 70-lərin davası…

“Birinin üstünə 5-ni qoyub danışırlar” – 70-lərin davası…

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinin xalq artistləri Ağaxan Salmanlının, Lətifə Əliyevanın, əməkdar artistlər Atabala Səfərov, Rahib Əliyevin işdən çıxarması barədə sosial şəbəkələrdə məlumat yayılıb. Xalq artisti Yasin Qarayev isə sosial şəbəkələrdə yaydığı açıqlamada bildirib ki, sözügedən aktyorlardan işdən çıxmaları barədə ərizə alınıb və göstərişi yeni rəhbər Naidə İsmayılzadə verib. 

“Qafqazinfo” mövzu ilə bağlı teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovla əlaqə saxlayıb. O, məsələyə aydınlıq gətirərək aktyorların işdən çıxarılmadığını bildirib:

“1989-cu ildə Teatr Xadimləri İttifaqı belə bir qərar qəbul edib. Nəzərinizə çatdırım ki, teatrda 3 növ müqavilə forması var. Birinci ondan ibarətdir ki, sənətçi ilə müqavilənı bağlayıb illərlə çalışırsan. İkincidə isə aktyorla illik müqavilə imzalanır. Sonuncuya fərdi müqavilələr daxildir. Həmin yoldaşlarla yaşla əlaqədar olaraq fərdi müqavilə bağlanıb. Yəni kimsə işdən çıxarılmayıb, burada böyük bir şey yoxdur. Mən bilmirəm, bəlkə də onlar fərdi müqaviləni özlərinə təhqir sayıb çıxırlar. Hələ ki, bununla bağlı mənə etiraz edən olmayıb.

70 yaşını keçən şəxslərə deyilib ki, onlarla fərdi müqaviləylə əməkdaşlıq ediləcək. Yəni ki, onlar teatrda rollarına görə qonorar alacaqlar. Sözügedən aktyorlara bu təklif irəli sürülüb. Bilirsiz ki, aktyorlar kövrək insanlar olur. Onlar birinin üstünə 5-ni qoyub danışırlar. Sadəcə olaraq onların müqavilə müddəti bitib və yenisi imzalanmalıdır. Şərtlər də bayaq sadaladıqlarımdır. İllərdir ki, Xalq artisti Nurəddin Mehdixanlı və Həmidə Ömərova ilə də müqavilə şərtlərinə uyğun çalışırıq”.

A. Salmanlı isə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, rəhbərlik qanunauyğun olaraq belə qərar verib.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …