Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Birinci uşağa görə aylıq ödəmələr olacaq- YENİ QANUN QƏBUL OLUNDU

Birinci uşağa görə aylıq ödəmələr olacaq- YENİ QANUN QƏBUL OLUNDU

Rusiya prezidenti Vladimir Putin ailədə ilk uşağın doğulması ilə bağlı aylıq ödəmələrin həyata keçirilməsi ilə bağlı qanun imzalayıb. 

Azinforum.az  məlumat verir ki, sənəd hüquq məlumatlarının rəsmi portalında dərc olunub.

Sənədə əsasən, ödəmələri almaq üçün uşağın valideynləri Rusiya vətəndaşları olmalı və ölkə ərazisində yaşamalıdırlar.

Aylıq ödəmələri ilk övladı 2018-ci il 1 yanvar və bu tarixdən sonra dünyaya gələn valideynlər almaq hüququna malik olacaqlar.

Qeyd etmək lazımdır ki, ailənin gəliri yaşadığı bölgənin əməkqabiliyyətli əhalisinin yaşayış minimumunun həcminin 1,5 mislindən çox olmamalıdır.

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …