Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / “Bircə təsəllim Aqşinin yadigarı olan nəvələrimdi…” – Şəhid zabitimizin atası…

“Bircə təsəllim Aqşinin yadigarı olan nəvələrimdi…” – Şəhid zabitimizin atası…

Bu gün şəhid zabitimiz, mayor Aqşin İsmayıl oğlu Abdullayevin doğum günüdür. A.Abdullayev 1982-ci ilin bu günü Şəki rayonunun Kiş kəndində anadan olub. Moderator.az-a açıqlamasında şəhidimizin atası İsmayıl Abdullayev bu gün doğum günüylə bağlı geniş tədbirin təşkil olunduğunu bildirdi:
“Bu gün Aqşinin otuz altı yaşı tamam olur. Bu münasibətlə yaşadığımız Kiş kəndində yeni açılışı olan Heydər Əliyev adına orta məktəbdə saat 12:00-da tədbir keçiriləcək. Tədbirdə rayon rəhbərliyi, şəhid ailələri, məktəblilər iştirak edəcəklər. Hamınıza çox təşəkkür edirəm. Həmişə bir şəhid ailəsi kimi bizi diqqətdə saxlayırlar. Dövlətimizdən razıyam. Qaldı ki, bir ata kimi Aqşinsiz mənə çox çətindi. Bircə təsəllim onun yadigarı olan nəvələrimdi”.
Xatırladaq ki, mayor Aqşin Abdullayev 2017-ci il fevral döyüşləri zamanı, fevralın 24-dən 25-nə keçən gecə dörd hərbçi yoldaşı ilə qəhrəmancasına şəhid olub. Həmin döyüşdə Baş-leytenant Şahlar Nəzərov, leytenant Tural Həşimli, gizir Zülfü Qədimov və əsgər Zakir Cəfərov qəhrəmancasına şəhid olublar. Şəhidlərimizin nəşi yalnız fevralın 27-də neytral ərazidən götürülərək böyük izdihamla dəfn edilib.
Aqşin Abdullayev ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif olunub.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …