Ana səhifə / Aktual / “Bir saat sonra Gömrük Komitəsinin bütün trolları üstümüzə töküldü” — Baş redaktor

“Bir saat sonra Gömrük Komitəsinin bütün trolları üstümüzə töküldü” — Baş redaktor

Son vaxtlar ayrı-ayrı gömrük məmurlarının özbaşına hərəkətləri barədə vətəndaşlardan onlarla şikayət müraciətləri alırıq. Bu məqsədlə də Xocasən şosesində Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsinin iş fəaliyyəti ilə bağlı canlı yayım çəkilişləri etməyə qərar vermişik. 

Bu məqsədlə də sözügedən idarədə jurnalist araşdırması aparmaq üçün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə məktubla müraciət etdik. Amma müraciətdən təqribən 1 saat sonra komitənin mətbuat katibi Natiq Axundov müraciətimizə cavab vermək əvəzinə, gömrüyün bütün trollarını üstümüzə tökdü. Yəqin ki, bu cür cılız üsullarla bizi dayandırmağı düşünürlər…Səhv edirsiniz, araşdırmalarımızı sonadək davam etdirəcəyik. 

Cənab Səfər Mehdiyevdən də çəkiliş aparmağımıza icazə verilməsinə ümid edirik!

P.S. Bu müraciətimizi Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundova göndərmişik, amma onlar bizim müraciətimizə cavab vermək əvəzinə, öz qanunsuz əməllərinə haqq qazandıraraq, media orqanlarını hədəfə alıblar. Cənab Prezident bütün qurumlara, eləcə də Dövlət Gömrük Komitəsinə ictimaiyyətə açıq olmağı və şəffaf fəalliyət göstərməyi tapşırıb. Görünür ki, Gömrük Komitəsi şəffaf fəaliyyət göstərmədiyinə görə ictimaiyyətin və medianın üzünə bütün qapılarını bağlayıb. Biz yenə də cavab gözləyirik, medianın məktubda göstərdiyimiz çəkiliş aparılması istəyini təmin edin!

Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …