Ana səhifə / Aktual / Bir neçə qurum arasında anlaşma memorandumu imzalandı – Fotolar

Bir neçə qurum arasında anlaşma memorandumu imzalandı – Fotolar

Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan Nar İstehsalçıları və İxracatçılarının (ANİİA) üzvlərinin V Ümumrespublika yığıncağı keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, yığıncağın məqsədi 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran məsələlərin, mövsüm qabağı görüləcək işlərin müzakirəsi, ixrac potensialının artırılmasıdı. Tədbirin açılışında assosiasiyanın sədri Fərhad Qaraşov tədbir iştirakçılarını salamlayaraq 2018-ci ildə ANİİA-nın fəaliyyətinin məhsuldar keçməsi, üzvlərin sayının 2017-ci illə (28 üzv) müqayisədə artaraq 34-ə çatması, assosiasiyanın yerli və beynəlxalq sərgilərdə iştirak etməsi, sosial layihələrin həyata keçməsi və digər həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Daha sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşfiqi Fondunun yanında İxracatçılar Klubunun rəhbəri Zöhrab Qədirov çıxış edərək assosiasiyanın fəaliyyətini yüksək qiymətləndirmiş və klubun fəaliyyəti haqqında istehsalçılara və ixracatçılara geniş  məlumat verib.

ANİİA nın icraçı direktoru Yusif Axundov assosiasiyanın 2018-ci ildəki fəaliyyəti haqqında iştirakçılara məlumat verib.

Assosiasiya üzvləri 2019-cu ilin daha uğurlu olması üçün qarşıda duran vəzifələr və problemləri geniş müzakirə ediblər. Bu problemlərin həlli üçün müvafiq dövlət qurumlarına assosiasiya sədri və üzvləri ilə birlikdə müraciət olunmasına qərara alınıb.

Yığıncaqda ANIIA və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) arasında Kənd təsərrüfatı və emal sahələri üzrə birgə təlim, maarifləndirmə, təşviq işləri və digər tədbirlərin həyata keçirilməsi; Kənd təsərrüfatı sahəsində qadınlar arasında məşğulluğun artırılması məqsədi ilə praktik tədbirlərin hazırlığının keçirilməsi və digər istiqamətlərdə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Daha sonra tədbirə dəvət olunmuş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Kənd Təsərrüfatı Nazirliyinin fermerlər, kooperativlər və assosiasiyalarla iş şöbəsi, AZPROMO,Göyçay rayon İcra Hakimiyyətinin nümayəndəsi və digər iştirakçılar çıxış etdilər. Kənd Təsərrüfatı Nazirli yanında Aqrar Kredit və İnkişaf Agentli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri qurumları haqqında istehsalçılara və ixracatçılara geniş məlumat veriblər.

Sonda ANİİA-nın üzvünün nar haqqında video roliki nümayiş olunub.

Həmçinin oxuyun

Təbriz Musayev: “Belə fikirləri ortaya atanlar təxribatla məşğuldur”

Sosial şəbəkədə Mirfaiq Mirheydərli adlı şəxs yazır ki, PKK ilə işləmək üçün kürd əsilli vətəndaşlarımızın …