Ana səhifə / Aktual / Bir hakimə irad tutuldu, birinə töhmət verildi – 4 hakim haqda isə… – Məhkəmə-Hüquq Şurasından yeni qərarlar

Bir hakimə irad tutuldu, birinə töhmət verildi – 4 hakim haqda isə… – Məhkəmə-Hüquq Şurasından yeni qərarlar

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

Mia.az Şuraya istinadla xəbər veirr ki, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən toplantıda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işlər, mühüm qanunvericilik və institusional tədbirlər qeyd olunub.

İclasda hakimlər barədə intizam icraatlarına baxılıb. Şura tərəfindən məhkəmələrdə işlərin bölüşdürülməsinin monitorinqi zamanı aşkar edilmiş pozuntulara görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri Kəramət Əliyevə irad tutulub, korrupsiyaya şərait yaradan hallara və digər nöqsanlara yol verdiyinə görə Sabirabad Rayon Məhkəməsinin sədri Füzuli Pənahova töhmət verilib. Eyni zamanda icraatda olan daha 4 hakim barədə intizam işlərinə Şuranın növbəti iclaslarında baxılacaq.

Həmçinin oxuyun

Təbriz Musayev: “Belə fikirləri ortaya atanlar təxribatla məşğuldur”

Sosial şəbəkədə Mirfaiq Mirheydərli adlı şəxs yazır ki, PKK ilə işləmək üçün kürd əsilli vətəndaşlarımızın …