Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / BİR GİZLİ GÖRÜŞÜN NƏTİCƏSİ – SABİR RÜSTƏMXANLI XƏZƏR EMİNİ NİYƏ ƏFV ETMİR?

BİR GİZLİ GÖRÜŞÜN NƏTİCƏSİ – SABİR RÜSTƏMXANLI XƏZƏR EMİNİ NİYƏ ƏFV ETMİR?

Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədr müavinlərindən biri  olan Xəzər Eminin qurumla əlaqələrini kəsdiyi bildirilir. DAK haqda məlumatlı olan mənbənin verdiyi xəbərə görə, Xəzər Emin qurumun idarə heyətinin son toplantısında da iştirak etməyib. Verilən məlumata görə, rəhbərliklə Xəzər Emin arasında yaranan narazılığa səbəb kimi onun ötən ilin sonlarında Bakıdakı otellərdən birində Sabir Rüstəmxanlı və onun rəhbəri olduğu DAK əleyhinə düzəllənən tədbirdə iştirak etməsi olub. Azinforum.az olaraq biz həmin tədbir barədə tam təfsilatlı informasiya təqdim edən ilk media orqanı olmuşuq. Həmin məqalədən sonra, Xəzər Emindən Sabir Rüstəmxanlı tərəfindən hesabatın tələb olunduğu deyilir. Məlumatlara görə, DAK rəhbərliyində təmsil olunanların əksəriyyəti  məlum hərəkətə görə, Xəzər Eminin  təşkilatdan uzaqlaşdırılmasını tələb etsələr də, hələ ki, Sabir Rüstəmxanlı belə bir addımı atmağa tələsmir.

Xəzər Emin Azinforum.az-a açıqlamasında bildirmişdi ki, Bakıdakı otellərdən birində keçirilən toplantıda həqiqətən iştirak edib: “Bu məsələdə heç bir qəbahət də görmürəm. Orda olanlar xalq düşməni deyillər ki? Çoxları ilə şəxsi tanışlığımız və yaxın münasibətimiz var”.
“Sizin həmin tədbirdə iştirakınız DAK rəhbərliyi ilə razılaşdırılmışdı” – sualına Xəzər Emin belə cavab vermişdi: “Mən ora getməzdən əvvəl Sabir Rüstəmxanlıya bir neçə dəfə zəng vurdum, ancaq danışa bilmədim. Sonra, hazırda xaricdə olan DAK-ın digər həmsədri Firudin bəylə danışdım. O, mənim həmin tədbirə qatılmağıma etiraz etmədi. Orada müzakirə olunan məsələ bizim hamımıza lazımdır. Bu, milli bir təşkilatdır. Nə qədər güclü olsa, o qədər yaxşıdır. Təəssüflər olsun ki, mənim həmin toplantıda etdiyim çıxışı tam verməyiblər. Toplantıda elə fikirlər olub ki, mən ona kəskin etirazımı etmişəm. Bir sözlə, bu məsələni pis yerə yozmaq lazım deyil. Mən, həmi tədbirdə DAK-ı layiqincə təmsil etmişəm. Ordakı iştirakımla bağlı DAK idarə heyətinin toplantısında geniş izahat vermişəm. Təşkilatdaxilində olan bəzi kiçik məsələlər var ki, bu barədə danışmaq istəmirəm. Hazırda bu məsələ ilə bağlı Sabir Rüstəmxanlı ilə aramızda heç bir narazılıq yoxdur”.

Təbii ki, Xəzər Eminin bu arqumentləri Sabir Rüstəmxanlı üçün keçərli olmadığı səbəbindən o, hələ də əfv olunmayıb. Azinforum.az DAK əleyhinə təşkil edilən həmin videonu təqdim edir.

Çinarə Seyidova

Azinforum.az

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın