Çərşənbə axşamı , Noyabr 30 2021
Ana səhifə / Aktual / “Bir deputatlıq mandatına görə, yıxılmısınız bir ananın ayağına” — Tolik namizədləri yıxıb-sürüdü

“Bir deputatlıq mandatına görə, yıxılmısınız bir ananın ayağına” — Tolik namizədləri yıxıb-sürüdü

Aparıcı Tarıx Əliyev (Tolik) deputatlığa namizədliyini verənləri tənqid edib. 

Aparıcı Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişində camaatın əl-ayağından öpənləri biabır edib: 

“Hər kəs özünə bir az hörmət eləsin. Millət vəkili olmaq məsələsini şouya döndərdilər. Camaatın əl-ayağına düşüb niyə öpürsüz? Ayıbdır! Özünüzə hörmət edin.

Deputatlıq mandatına görə yıxılmısız bir ananın ayağının altına. Yaxşı, öpürsən. Bunu çəkib niyə yayırsan? Bunu əvvəl edərdiz. Bizə sizin əl öpməyiniz lazım deyil. Siz o kresloya görə əl öpürsüzsə, öpməyin.

Siz platformanızı bizə göstərin. Nə etmək istəyirsiz? Öz ananızın əlini öpməmisiz, gedib başqasının anasının əlini öpürsüz”. (Baku.ws)

Həmçinin oxuyun

Ülviyyə Əlizadə ilə ortaqları arasında Avropanın ən iri yaxta tərsanəsi uğrunda qanlı çəkişmə

Türkiyənin Muğla vilayətinin Marmaris bölgəsində yerləşən və Avropanın ən iri gəmi tərsanəsi hesab edilən “DSV …