Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / Aktual / Bir ailənin 11 üzvünün meyiti tapıldı: 10-u gözübağlı olub

Bir ailənin 11 üzvünün meyiti tapıldı: 10-u gözübağlı olub

Hindistanın paytaxtı Delhidə bir ailənin 11 üzvünün meyiti tapılıb.
Azinforum.az  “Times of India”ya istinadən xəbər verir ki, Burari ərazisində yerləşən evdəki meyitlərdən 10-u gözübağlı və asılmış vəziyyətdə aşkarlanıb, 1 nəfərin cansız bədəni isə döşəmədə olub. Qurbanlardan 7-si qadın, 4-ü kişidir. Onlardan 3-ü isə yeniyetmədir.
Ailə üzvlərinin birgə intihar etdiyi ehtimallar arasındadır, lakin digər səbəblər də araşdırılır.
Ərzaq mağazasına sahib olan ailə hər səhər saat 06:00-da fəaliyyətə başlayırmış. 07:30-da mağazanın açılmadığını görən qonşular bu barədə polisə məlumat verib.

Həmçinin oxuyun

Rəfael Cəbrayılovla borc aldığı xanımın səs yazısı – sələmçini həbs gözləyirmi?

Sabiq deputat Rafael Cəbrayılovla bağlı qalmaqal səngimək bilmir. Borc qalmaqalına görə mandatından məhrum edilən məcbur …