Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Aktual / “Bina sökülməyəcək, amma onlar çıxarılacaq” – Qalmaqallı binanın sahibi

“Bina sökülməyəcək, amma onlar çıxarılacaq” – Qalmaqallı binanın sahibi

“”Salaam Cinema Baku” adlı kinoteatrın həmin binada fəaliyyət göstərməsi ilə bağlı müqaviləsi yoxdur. Varsa, göstərsinlər. Biz onların nümayəndəsi ilə heç bir müqavilə bağlamamışıq, binaya özbaşına giriblər”.
Bunu “Report”a açıqlamasında Bakının Nəsimi rayonu, Süleyman Rüstəm küçəsindəki “Malakanların evi” kimi tanınan bina sahibinin səlahiyyətli nümayəndəsi Bəhruz Əhmədov deyib.
O bildirib ki, həmin şəxslər mühafizə xidmətinin məsuliyyətsizliyi ucbatından orada fəaliyyət göstəriblər: “Heç bir müqavilədən söhbət gedə bilməz. Bina şəxsi mülkiyyətimizdədir, ən qısa zamanda məhkəmə yolu ilə oradan çıxarılacaqlar. Teatrın orada fəaliyyət göstərməsi qanunsuzdur. Bina sökülməyəcək, restavrasiya ediləcək və istifadəyə veriləcək. Ona görə də binanın sökülməsindən söhbət gedə bilməz”.
B.Əhmədov qeyd edib ki, binanın birinci mərtəbəsi ofis, ikinci və üçüncü mərtəbəsi isə rəsm qalereyası ola bilər: “Bununla bağlı tam qərar verilməyib”.

Həmçinin oxuyun

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” — VİDEO

“Mən, Babayan Jenya Pavlovna 21 mart 1935-ci ildə anadan olmuşam. Biz həmişə azərbaycanlılarla birgə yaşamışıq. …