Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Binəqədidə Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbir – Foto

Binəqədidə Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbir – Foto

Gender və İnsan Hüququ Araşdırma Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Cümhuriyyət – 100 il: vətəndaş cəmiyyəti institutlaşması dünəndən bu günə” adlı layihə çərçivəsində Binəqədi rayonunda ilk tədbirini keçirib.

Bakı Tekstil Fabrikində keçirilən tədbirdə 60 nəfərə yaxın şəxs iştirak edib.

Seminarı Bakı Tekstil Fabrikinin direktoru Elçin Babayev açaraq mövzu ilə bağlı məlumat vermiş, və qonaqları tədim edərək, fabrikin rəhbərliyi adından tədbirə uğurlar arzulayıb.

Mövzu ilə bağlı professor Rəna Mirzəzadə çıxış edərək, 100 illik tarixə ekskurs edib, vətəndaş cəmiyyətinin respublikamızda yaranma tarixindən, sovetlər dönəmindən XX əsrin sonlarına qədər olan dövrdən və nəhayət Ulu Öndər H.Əliyevin Azərbaycana dönüşündən sonra vətəndaş cəmiyyəti quruculuğu prosesinin geniş vüsət aldığından və nəhayət son illərdə respublikada vətəndaş cəmiyyəti institutlarının inkişafına olan dövlət qayğısından bəhs edib. Daha sonra mövzu ətrafında müzakirələr olmuş, iştirakşılarla fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Azərbaycanın milli keyfiyyətlərinin və çoxşaxəli mədəniyyətinin, tolerantlığının, balanslı siyasi kursunun dünyaya çatdırılmasında vətəndaş cəmiyyətinin də rolu vardır. Bu sahədə ən uğurlu fəaliyyət Heydər Əliyev Fonduna məxsusdur. Cümhuriyyətin 100 ilində vətəndaş cəmiyyəti sosiumda oynadığı mühüm rolunun və onun bir əsrlik keçilən mərhələsi haqda məlumatların ölkə əhalisinə çatdırılması vacib zərurətdir. Cümhuriyyət dövrünədək və ondan sonrakı dövrün vətəndaş cəmiyyəti qurulmasının əhaliyə xatırladılması, o ənənələrin dövlət və vətəndaş səviyyəsində aşılanması vacib, təqdirəlayiq amillərdəndir.

Azərbaycan Xalq Cümhuriyyətinə qədər və ondan sonra yaranan vətəndaş cəmiyyəti institutları onu dünyanın öz maraqları ilə çıxış edən beynəlxalq münasibət subyekti etməklə yanaşı, həm də vətəndaş cəmiyyəti institutlaşması sahəsində öz tarixi dəyərlərinin tam hüquqlu sahibi kimi çıxış etməsi imkanı vermişdir. Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti sektoru dünəndən bu günə gələn yolda öz tarixi irsini qorumağa cəhd edir.

Yekunda tədbir iştirakçıları GİHAB-ın layihə çərçivəsində həyata keçirdiyi seminar-treninqin reallaşmasına şərait yaratdıqlarına görə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və həmçinin Bakı Tekstil Fabrikinin rəhbərliklərinə təşəkkürlərini bildirmiş və gələcəkdə mənimsədikləri bilgilərin öz fəaliyyətlərində tətbiq edəcəklərini bildirmişlər.

Həmçinin oxuyun

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz SİYAHI

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 22-dək 3 şəhər, 3 qəsəbə və 133 kənd işğaldan azad …