Bazar ertəsi , Noyabr 28 2022
Ana səhifə / Aktual / Binəli Yıldırım əməliyyat olunub

Binəli Yıldırım əməliyyat olunub

Azərbaycanda yol qəzası keçirən AK Partiyanın sədr müavini Binəli Yıldırım əməliyyat olunub.

 Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca məlumat verib. O bildirib ki, Binəli Yıldırım və Şamil Ayrıcında vəziyyətləri yaxşıdır.

Səhiyyə naziri Binəli Yıldırımın toxuma transplantasiyası əməliyyatı keçirdiyini və vəziyyətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşüb. Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilib, Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlar daha sonra Türkiyəyə yola salınıblar. AzVision.az

Həmçinin oxuyun

AZƏRTAC-ın İdarə Heyətinin yeni sədri kollektivə təqdim olundu

“Qafqazinfo” xəbər verir ki, təqdimatda Hikmət Hacıyev çıxış edərək Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini …