Ana səhifə / Aktual / Binə və Sədərəkdə əməliyyat keçirildi

Binə və Sədərəkdə əməliyyat keçirildi

Hüquq-mühafizə orqanları xarici ölkələrdən Azərbaycana mal idxal edən bir sıra şirkətlərdə əməliyyat-axtarış tədbirləri həyata keçirib.

“ Azinforum.az ” ın əldə etdiyi məlumata görə, əməliyyat Bakı şəhər Qaradağ rayonu ərazisində yerləşən Binə və Sədərək ticarət mərkəzlərinin müxtəlif şirkətlərə icarəyə verilmiş anbarlarını əhatə edib.

Belə ki, hüquq-mühafizə orqanları ölkəyə idxal edilən malların vergidən yayındırılması, sənədlərin saxtalaşdırılması və s şübhələrlə özəl şirkətlərdə axtarışlar həyata keçirib.

Əməliyyatla bağlı ictimaiyyətə geniş məlumatın veriləcəyi gözlənilir.

Həmçinin oxuyun

Zaur onu tənqid edənləri ələ saldı – Video

Aparıcı Zaur Kamal ARB telekanalında yayımlanan “Həmin Zaur” verilişində cənubi azərbaycanlı müğənni Afşin Azərini efirdən qovduğuna …