Şənbə , İyul 20 2019
Ana səhifə / Aktual / “Bilirəm, darıxırsan…” – Spikerdən Zahid Oruca

“Bilirəm, darıxırsan…” – Spikerdən Zahid Oruca

Deputat  Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri təyin edildikdən sonra ilk dəfə parlamentdə çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, o, çıxışını müasir dövrdə aparılan informasiya müharibəsi üzərində qurub. O, Gəncə olayları ilə bağlı həbs edilən Aydın Qurbanovun həbsxanada vəfat etməsi xəbərinə toxunub. Bildirib ki, A. Qurbanov xərçəng xəstəliyindən əziyyət çəkib və vəfat edib: “Ancaq bununla bağlı 3 gündən sonra Prokurorluq və Penitensiar sistem cavab verdi. Buna vaxtında cavab verilməli idi. 

Burada məqsəd gəncəliləri bu və ya digər şəkildə dövlətdən küsdürmək idi.  Cənab prezident bu qurumlara gen-bol şərait yaradıb. Hamısının gözəl binaları var. Istintaq orqanlarının rəhbərləri nə işlə məşğuldur? Onlar bununla bağlı açıqlama verməli idilər.  Dövlət rəhbərliyi bu məsələlərlə bağlı tapşırıq vermədən hakimiyyət əleyhinə informasiya terroru aparanlara əllərindəki arqumenti böyütməyə imkan vermək olmaz”.

Spiker Oqtay Əsədov isə Z. Orucu gündəlik ətrafında danışmağa səsləyib “Nə vaxtdır ki, danışmırdın. Bilirəm, darıxırsan danışmaq üçün. Ancaq gələn dəfə gündəlik ətrafında danış”.

Həmçinin oxuyun

Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilmişdir

Nəsimi rayon İcra Hakimiyyətində  Milli Mətbuatın 144  illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi …