Bazar ertəsi , İyul 26 2021
Ana səhifə / Aktual / Bilgəhdə daha bir çimərlik bağlanır? – Video

Bilgəhdə daha bir çimərlik bağlanır? – Video

Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsində daha bir ictimai çimərliyə giriş bağlanıb.  

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı vəkil Aslan İsmayılov sosial şəbəkə hesabında video paylaşıb. O iddia edib ki, Xəzər dənizinin açıq qalan sonuncu çimərliklərindən birini – Bilgəh, Kardioloji Sanatoriyasının çimərliyini insanların üzünə bağlayırlar. Görüntülərdən də aydın olur ki, çimərlikdə təmir gedir, ərazidə ekskavatorlar qazıntı işləri aparırlar. 

Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Əsədov isə “Qafqazinfo”ya məsələ ilə bağlı bunları deyib: “Mən dünən orada olmuşam. Yayılan videoda da ərazidə traktorların işlədiyi görünür. Bəli, orada təmir işləri aparılır, çimərlik düzəldilir ki, camaat daha yaxşı istirahət edə bilsin. Çimərliyin bağlanacağından söhbət gedə bilməz”.

Xatırladaq ki, təxminən iki həftə əvvəl Bilgəh qəsəbəsində “Daçnik” adı ilə tanınan çimərliyə giriş bağlanmışdı. Bilgəh qəsəbə nümayəndəliyindən isə çimərliyin bağlanmasını həmin ərazidə yaşayan vətəndaşların təhlükəsizliyinin təmin edilməsi ilə əlaqələndirmişdilər. 

https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2FAslan.Z.Ismayilov%2Fvideos%2F850369932579892%2F&show_text=false&width=560&t=0

Həmçinin oxuyun

“Kadr seçimində peşəkarlıqla yanaşı, sədaqətlilik də olduqca önəmlidir” – RƏY

“Həmişə olduğu kimi, Azərbaycan Ordusunun rəhbərliyində həyata keçirilən kadr dəyişiklikləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. …