Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Biləsuvarda MƏMUR ÖZBAŞINALIĞI ƏRŞƏ DİRƏNİB!

Biləsuvarda MƏMUR ÖZBAŞINALIĞI ƏRŞƏ DİRƏNİB!

Biləsuvar rayon sakini Elxan Nağıyev Məmmədəli oğlu yerli məmurlardan şikayətçidir.

Belə ki, 3 övlad atası olan Elxan Nağıyevin sonuncu oğlu Rafət Nağıyev fiziki qüsurludur. Əqli və fiziki qüsurlu doğulan Rafət Nağıyevə dövlət öz qayğı və himayəsini əsirgəməyib. Belə ki, Heydər Əliyev Fondu ildə 3 dəfə olmaqla- Yeni il, Novruz və Qurban bayramlarında 18 yaşınadək fiziki qüsurlu uşaqlara bayram sovqatı göndərir. Amma görünən odur ki, dövlətin bu humanist siyasətinə kölgə salmağa çalışanlar da var.

Nağıyevlər ailəsinin üzvü də yardım alanlar siyahısında olub. Lakin Cebhe.info-ya üz tutan Elxan Nağıyev bildirir ki, son iki ildə Rafət Nağıyevə görə verilən yardımı ala bilmirlər. Rayon sakini qeyd edir ki, əvvəllər yardımı Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon nümayəndəliyindən alıb. Lakin indi həmin yardımı almaq üçün müraciət etsə də, ona bildiriblər ki, adın; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi siyahıdan çıxarıb. Vətəndaş xəstə övladını bir daha DSMF-ya aparıb, xəstə olduğunu göstərsə də, problem həllini tapmayıb.




Elxan Nağıyev Biləsuvar rayonunun icra başçısı Faiq Qürbətovun qəbulunda olub. Ona problemin həll olunacağını deyən başçı vətəndaşı, necə deyərlər, “yola verib”.

Daha sonra Elxan Nağıyev Faiq Qürbətovun müavini, korrupsioner icra başçısı Mahir Quliyevin sağ əli olmuş Xanlar Məmmədovun qəbulunda olub. Xanlar Məmmədov da öz təbirincə vətəndaşı “yola verərək”, nazirliyə ərizə yazmalı olduğunu deyib. Elxan Nağıyev isə rayonun məsələ ilə əlaqədar qurumlarına müraciət etdiyini, siyahıya alındığını bildirib.

https://youtu.be/eJJ9IfyX_nU

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …