Cümə , Oktyabr 22 2021
Ana səhifə / Aktual / Beyləqanda şəhid Elvin İsmayılovun şəhadətə qovuşmasından bir il keçir

Beyləqanda şəhid Elvin İsmayılovun şəhadətə qovuşmasından bir il keçir

Beyləqan rayonunun Vətən müharibəsi şəhidi İsmayılov Elvin Tələt oğlunun şəhidlik zirvəsinə ucalmasından bir il vaxt ötür. Şəhidin il mərasimi doğulub boya-başa çatdığı Beyləqan rayonunun II Əlinəzərli kəndində keçirilib.Mərasimdə, QMİ-nin Beyləqan rayon üzrə səlahiyyətli nümayəndəsi Mir Səccad Ağa, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Beyləqan rayon təşkilatının sədri Rövşən Namazəliyev, XTQ giziri, qazi Asim Əliyev, Babaşov Kənan, Ceyhun Quliyev, Əbdül Cuvarlı və “RealMedia.az” saytının baş redaktoru Ramin Məhəmmədoğlu iştirak edib şəhidin valideynlərinə baş sağlığı veriblər.RealMedia.az xəbər verir ki, mərasimdə şəhidin doğmaları və yaxınları ilə bərabər kənd ictimayyətinin nümayəndələri və şəhid ailələri də iştirak ediblər.RealMedia.az

Həmçinin oxuyun

Putin Zəngəzur dəhlizindən danışdı

Bakı və İrəvan Qarabağdakı qan tökülməsini dayandırmaqa bacarıblar, bir anlıq maraqlardan əl çəkiblər, indi isə …