Çərşənbə axşamı , Noyabr 30 2021
Ana səhifə / Aktual / Belçika parlamentinin deputatı Şevket Temiz: “Ramin Əhmədovun təşviqat startegiyasi uğurludur”

Belçika parlamentinin deputatı Şevket Temiz: “Ramin Əhmədovun təşviqat startegiyasi uğurludur”

“Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərini diqqətlə izləyirəm. Azərbaycan dövlətçiliyinin daha da güclənməsi və iqtisadi inkişaf üçün seçkilərin keçirilməsi mühum hadisədir”.

Missiya.Az xəbər verir ki, bu sözləri Belçika parlamentinin deputatı Şevket Temiz bildirib.

O qeyd edib ki, gənclərin seçkilərdə fəallıq göstərməsi sevindirici haldır: “Seçkilər Azərbaycanda elan edilmiş islahatlar siyasətini gücləndirəcək. Mətbuatda izləyirəm ki, gənc kadrlar irəliyə çəkilir. Azərbaycan üçün yaxşı hadisədir. Həm də sosial şəbəkələr vasitəsilə namizədələrin həyacanla apardığı təbliğatı görürəm. Azərbaycanlı namizəd dostlarımıza uğurlar arzulayıram. Dostumuz, gənc siyasətçi Ramin Əhmədovun seçkilərdə iştirak etməsi məni sevindirdi. O, Azərbaycanın siyasi-ictimai həyatında fəallığı ilə seçilən insandır. Ramin Əhmədovun deputatlığa namizəd kimi seçkilərdə iştirakı onun gələcək siyasi həyatında yeni çığır açacağına inanıram. Gənc siyasətçinin təbliğat və təşviqat strategiyası uğurludur. O, mükəmməl seçki təbliğatı aparır. Bunu sosial şəbəkələr və mətbuat vasitəsilə izləyirəm. Perspektivli siyasətçidir. İnanıram ki, seçiləcəyi təqdirdə gələcəkdə Belçika-Azərbaycan parlamentləri arasında əlaqələrin inkişafı istiqamətində də çalışacaq. İki ölkə arasında mədəni-sosial və siyasi-iqtisadi əlaqələrə öz töhfələrini verəcək. Ramin Əhmədov daxil olmaqla, bütün namizədlərə müvəffəqiyyətlər diləyirəm”.

Həmçinin oxuyun

Helikopter qəzasında həlak olan və yaralanan hərbçilərin adları açıqlandı – RƏSMİ

Dövlət Sərhəd Xidməti “Qaraheybət” aviasiya poliqo¬nunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində həlak olan və …