Ana səhifə / Aktual / Belə oruc tutanların orucu qəbul olmur – Hacı Şahin

Belə oruc tutanların orucu qəbul olmur – Hacı Şahin

Sağlamlıq üçün tutulan oruc ibadət kimi qəbul edilmir. Oruc tutanın niyyəti Allah rizası üçün olmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış ilahiyyatçı, “Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Publika.az-a verdiyi müsahibədə bildirib.

Hacı Şahin bildirib ki, oruc tutarkən niyyəti qarışdırmaq olmaz:

“Müasir tədqiqatlar təsdiq edir ki, orucun sağlamlığa müsbət təsiri var. Peyğəmbərimiz də bu barədə hədis nəql edib. O buyurub ki, oruc tutun ki, sağlam olasınız. Təbii ki, orucun insan cisminə faydası danılmazdır. Lakin oruc tutanın niyyəti yalnız sağlamlıq ola bilməz. Ümumiyyətlə, istənilən ibadətin niyyəti Allah rizası üçün yerinə yetirilməsidir. Digər müsbət təsirlər özü-özlüyündə onsuz da hiss olunacaq. Odur ki, niyyəti qarışdırmaq olmaz. Hər hansı ibadəti Allah üçün tuturuqsa, onun sağlamlığa təsiri yenə də öz yerində qalacaq. İbadətin məqsədini dünyəvi məqsədlərlə məhdudlaşdırmaq olmaz”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …